“Məni nəsə narahat etmir” - "Kəpəz"ə qayıdan kapitan

16 İyul 2022 19:40 Müsahibə 3 860
“Məni nəsə narahat etmir” - "Kəpəz"ə qayıdan kapitan

"Kəpəz"in müdafiəçisi və yeni kapitanı Tural Axundov Sportinfo.az-a müsahibə verib.

- İlk öncə ümumi olaraq arxada qalan hazırlıqla bağlı nə deyə bilərsən?

- Ötən ayın 20-dən bir araya gəlmişik. Arxada qalan müddətdə həm fiziki, həm də taktiki hazırlıqlarımız olub. Biz də çalışmışıq ki, əlimizdən gələnin artıqlaması ilə komanda üçün edək.

- İki yoxlama matçı keçirmisiniz. Bu oyunlar gələcəyə ümid verirmi?

- Komandanın hələ tam formalaşmadığını deyə bilərəm. Yoxlanışda olan oyunçular var. “Səbail”lə oyun daha ağır keçdi. “Sumqayıt”la oyun isə daha rahat keçdi. Belə yoxlama oyunları lazımdır ki, yeni futbolçulara daha tez uyğunlaşsın və komandanın oyun sistemi daha da möhkəmlənmiş olsun.

- Çempionatın startına 2 həftədən bir qədər artıq vaxt qalır. Hələ də tam formalaşmayan komanda ilə mövsümə başlamaq çətin olmayacaq?

- Çalışırıq ki, tez bir zamanda yaxşı bir komanda kimi formalaşa bilək.

- Qeyd etdiyin kimi “Kəpəz” yeni formalaşan komandadır. Təcrübəli oyunçu kimi səni komandada daha çox narahat edən nələrdi?

- Məni nəsə narahat etmir. Hər şey qaydasındadır. İnşallah, istər gənclər, istərsə də təcrübəli oyunçular çıxdıqları oyunda maksimum güclərini meydadan qoymalıdır

- Yeni mövsümün püşkü dünən atıldı. İlk üç turdaca uyğun olaraq "Zirə", "Neftçi" və "Qəbələ" kimi güclü rəqiblər ilə qarşılaşmağı mənfi məqam kimi qiymətləndirmək olarmı?

- Xeyr. Birinci tur evdə oynamağımızı özümüz üçün yaxşı hal sayıram. Doğma azarkeşlərimiz önündə qələbə qazanmağa çalışacağıq. Məncə, azarkeşlərimiz də futbol üçün darıxıblar. Biz də nə olur-olsun, 3 xal qazanmaq istəyirik və bu öz əlimizdədir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti