“Neftçi”də xəyalları həyata keçmədi, debütantı üstün tutdu, dedi ki…

15 İyul 2022 23:00 Müsahibə 1 506
“Neftçi”də xəyalları həyata keçmədi, debütantı üstün tutdu, dedi ki…

Yeni mövsümə hazırlıqları davam etdirən "Turan Tovuz"un heyətinə qatdığı yerli futbolçulardan biri də müqavilə ilə "Neftçi"yə məxsus olan Xəyal Nəcəfov oldu.

24 yaşlı yarımmüdafiəçinin Sportinfo.az-a müsahibəsinə də elə "Neftçi"dən niyə ayrılması ilə bağlı sualla başladıq.

- Çempionluğa oynayan "Neftçi"dən ayrılıb, debütant "Turan Tovuz"a keçdin. Qərarında hansı amillər əsas rol oynadı.

- Əsas məqsədim daim oynamaqdır. İlk növbədə daha çox forma şansı qazanacağımı düşünürəm. Bundan başqa Tovuzun futbol şəhəri olması, baş məşqçi amili də seçimimdə rol oynadı.

- Tovuz caamatı futbola bağlı adamlardı. Bu, məsuliyyətinizi daha da artırırmı?

- Bəli, bu, hamıya bəllidir ki, Tovuz futbol ənənələri olan bölgəmizdir. Burada hamı futbolu bilir. Adicə məşqlərimizə xeyli azarkeş toplaşır. Belə bir bölgəni təmsil etmək məsuliyyətimizi birə beş artırır.

- Ayxan müəllimin sevimli futbolçularındansan. Özün də onun rəhbərliyi altında parlaq oyunla yadda qalmısan. Bunun xüsusi sirri varmı?

- Bəli, Ayxan müəllimin rəhbərliyi altinda oynadığım ilk vaxtdan bir-birimizi daha yaxşi başa düşmüşük. Bundan məmunam. Amma bunun xüsusi bir sirri yoxdur (gülür).

- Yeni formalaşan kollektiviniz var. Təcrübəli Premyer Liqa klubları ilə ayaqlaşmaq çətin olmayacaq?

- Qarşımıza hansısa hədəf qoyulmayıb. Yeni formalaşan komandadı ilk növbədə döyüşkən komanda olacağımıza əminəm. Ev oyunlarımızda da xüsusi motivasiyamız olacaq. Ayaqlaşmaq çətin olsa da əminəm ki, istənilən rəqiblə oyunda sona qədər mübarizə aparacağıq.

- Doğma meydandakı oyunlarınızı, yəqin ki, çox sayda yerli tərəfdar izləyəcək. Bunu rəqiblər önündə sizin üçün ciddi üstünlük saymaq olar?

- Qeyd etdiyim kimi, bizim əsas üstünlüklərimizdən biri məhz azarkeş amili olacaq. Elə ilk məşqimizdə azarkeşlərimiz bunu bizə hiss etdirdi. Onların dəstəyinə həmişə ehtiyacımız olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti