"Sumqayıt"ın tarixinə düşən legioner ilk müsahibəsini "SPORTİNFO"ya verdi

7 İyul 2022 17:00 Müsahibə 1 687
"Sumqayıt"ın tarixinə düşən legioner ilk müsahibəsini "SPORTİNFO"ya verdi

Yarandığı gündən yalnız yerli futbolçular və ya ölk xaricində yaşayan Azərbaycan kökənli oyunçularla çıxış edən “Sumqayıt”a, nəhayət, bu mövsüm legioner oynatmaq icazəsi verildi.

Artıq Sumqayıtın eyniadlı təmsilçisi ilk əcnəbi oyunçu transferini də reallaşdırıb.

Komanda Kabo Verde millisinin müdafiəçisi Stiven Pereyra ilə 2+1 illik anlaşma əldə edib.

“Sumqayıt”ın ilk legioneri kimi adını tarixə yazdıran 28 yaşlı afrikalı ölkəmizdəki ilk müsahibəsini Sportinfo.az-a verib

- “Sumqayıt” tarixinə ilk legioner futbolçu olaraq düşdün. Bu barədə nə deyərdin?

- Mənim üçün bir qururdur. Klub tarixinə ilk legioner futbolçu olaraq adımın yazılması xoş oldu.

- Bununla bağlı xüsusi təbriklər aldınmı?

- Bəli, sosial şəbəkələrdə yerli fanatlardan bu barədə mesajlar alıram. Bu diqqəti, qayğını hiss edirəm. Mən də klub üçün əlimdən gələn hər şeyi edəcəm.

- Artıq bir neçə gündü komandaya qoşulmusan. Şəhər və komanda haqqında ilkin təəssuratların necədir?

- Bəli, təxminən 1 həftə olar komandaya qoşulmuşam. Futbolçular sag olsunlar, özlər bildiriblər ki, nə kömək lazım olsa deyə bilərsən. Dəstəklərin hiss edirəm. Hər şey yaxşıdır. Hazırda ancaq onu fikirləşirəm ki, 100% oyunlara hazır olmalıyam.

- Karyeran ərzində həm Afrika, həm də Avropa ölkələrində çıxış etmisən. Həmin ölkələrlə Azərbaycan arasında nə kimi müqayisə apara bilərsən?

- Az müddət burda olduğum üçün bu barədə o qədər də geniş müqayisə apara bilməyəcəm. Onu deyə bilərəm ki, bütün ölkələr fərqlidir. Portuqaliyada, Hollandiya oynamışam. Oralar kimi bura da fərqlidir. Amma futbol olaraq hər yer eynidir. Hər kəs meydana udmaq üçün çıxır.

- Millidə komanda yoldaşın olan Patrik Andrade uzun müddət digər klubumuz “Qarabağ”da çıxış etdi. Transferindən öncə onunla hər hansı söhbətin oldumu?

- Bəli, onunla danışmışam. Ölkə və futbolu ilə bağlı suallarım oldu. Ancaq xoş şeylər danışdı. Və bildirdi ki, gedib oynamaq olar.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti