"Qurbanovun rəhbərliyi altında oynamağı çox istəyirdim" - YENİ TRANSFER

26 İyun 2022 16:00 Müsahibə 4 467
"Qurbanovun rəhbərliyi altında oynamağı çox istəyirdim" - YENİ TRANSFER

"Şamaxı"da ayrılıqlar bitmək bilmir.

Komandadan sonuncu ayrılan futbolçu isə Rəfael Məhərrəmli oldu.

"Zirə" ilə son çempionat görüşündə komandanı kapitan sarğısında meydana çıxaran müdafiəçinin bölgə klubunda qalacağı gözlənilirdi.

Amma o da "Səbail"ə keçməklə gedənlər sırasına qoşulmuş oldu. 22 yaşlı gənc Sportinfo.az-a müsahibəsində gözlənilməz ayrılıqdan və gələcək hədəflərindən söz açıb.

- “Şamaxı”da qalacağın gözlənilirdi, amma “Səbail”ə keçdin. Nə baş verdi ki, belə qərar verdin?

- “Şamaxı” ilə müqaviləm başa çatmışdı. Belədə “Səbail”dən gələn dəvəti dəyərləndirdim.

- Qərarında sabiq komandanda davam edən qeyri-müəyyənlik də rol oynadımı?

- Xeyr. “Şamaxı” mənə dogma komandadır. Sadəcə klubumu dəyişməyi daha məqsədə uyğun gördüm.

- Başqa təkliflərin də vardı?

- Bəli, bir neçə klub maraqlanırdı. Amma sonda “Səbail” üzərindən seçimimi etdim.

- Yeni komandanda məşqlərə çıxmısan?

- Bəli.

- İlk təəssuratların necədir?

- Hər şey çox yaxşıdır. Komandada məni yaxşı qarşıladılar.

- "Səbail" hazırda yeni mövsümə hazırlaşan ən aktiv klublarımızdandır. Səncə, yeni sezon iddialı olmaq mümkün olacaqmı?

- Bu sezon tam fərqli “Səbail” olacaq. Bizim üçün uğurlu mövsüm olacağını düşünürəm.

- Tam yenilənmiş "Səbail" görəcəyik. Yeni transferlər çoxluq təşkil edir. Bu, adaptasiya baxımından yeni mövsüm problemlər yarada bilərmi?

- Məncə, heç bir problem olmayacaq. Çox yaxşı kollektiv formalaşır. Hər şeyin öhdəsindən gələ biləcəyimizə inanıram.

- Mahmud Qurbanovla ilk dəfə birgə çalışırsınız. Məşqləri necə keçir? Daha çox nələrə diqqət edir?

- Açığı, onun rəhbərliyi altında oynamağı çox istəyirdim. Şükür, qismət oldu. Daha çox ağıllı və sadə oynamağımızı istəyir.

- İstəklərini meydanda icra etməyi bacara biləcəksiz?

- İnşallah, Mahmud müəllimin ümidlərini doğruldarıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!