"Onlar mənə 1 manat da ödəmir” – “Tik-Tok”un futbolçu fenomeni ilə SƏMİMİ SÖHBƏT

15 İyun 2022 20:00 Müsahibə 1 845
"Onlar mənə 1 manat da ödəmir” – “Tik-Tok”un futbolçu fenomeni ilə SƏMİMİ SÖHBƏT

Nuqzar Kvirtiya vaxtilə ölkəmizdə futbolçu kimi tanınırdı.

Vaxtilə AZAL-ın uğurları üçün tər tökmüş gürcüstanlı yarımmüdafiəçi meydandakı bacarığı ilə azarkeşlərin rəğbətini qazanmağı bacarmışdı.

AZAL-la “Turan”ın heyətində 200-ə yaxın oyunda meydana çıxmış Nuqzar 33 yaşında karyerasını başa vurdu.

25 milyon avro ödədi, 5 illik müqavilə imzaladı

O vaxtdan sosial şəbəkələrdə aktivliyi ilə seçilən sabiq futbolçu indi “tik-tok” fenomenlərindən hesab olunur. Siyahıya “instagram”la “feysbuk”u da əlavə edə bilərik.

Futbolçu kimi məşhurlaşmayan Kvirtiya indi insanların çox olduğu məclis-yığıncaqlarda ön planda olur.

Dövlət əhəmiyyətli tədbirlərə də yuxarı başda yer alan bloggerlə söhbətləşmək xeyli vaxtdır planda olsa da, “Formula-1”in başa çatmasından dərhal sonra baş tutdu.

25 milyon avro ödədi, 5 illik müqavilə imzaladı

- “Formula-1”də neçənci iştirakın idi?

- Ümumi götürsək, 3-cü. Sadəcə, 1-də koronavirus pandemiyasına görə aktiv iştirakçı ola bilməmişdim. Xatırlayırsınızsa, hər şeyə qadağa qoyulmuşdu.

- Maraqlıdır, “Formula-1”də hansı vəzifə ilə qeydiyyatdan keçirsən?

- “Red Bull”un dostu qismində. Şirkətin idmançısı hesab olunuram bir növ. Amma onlar məni ofisdə ideya lideri çağırır.

- Anladım. Gördüyün işlər nədən ibarətdir? Qarşına konkret hansı tapşırıq(lar) qoyulur?

- Hər dəfə müxtəlif olur. Məsələn, “Formula-1”in ilk tədbirinə qatıldığım vaxt topla hərəkətlər etməyə icazə verilirdi. O vaxt “Neftçi”dən Emin Mahmudovla Səlahət Ağayev də mənimlə idi. Ötən il ümumiyyətlə sakitlik oldu. Bu dəfə isə aktiv zonada topla fəndlərə icazə verilmədi. Yalnız “Marriott”un yanında nəsə etməyə çalışdım ki, orada “Red Bull”un və “Marriott”un qonaqları yer almışdı. Yeri gəlmişkən, U-19 millisinin baş məşqçisi Miloş Velebit də oradaydı.

25 milyon avro ödədi, 5 illik müqavilə imzaladı

- Belə başa düşdüm ki, “Formula-1” üçün səni qeydiyyatdan “Red Bull” keçirir.

- Bəli. 2015-ci ildən şirkətlə əməkdaşlıq edirəm deyə, bu baxımdan problem olmur. Mən onları reklam edirəm, onlar mənim üçün səfərlər təşkil edir və beləcə dil tapırıq. Əməkdaşlıq çərçivəsində Qətərə getməliydim, pandemiyanın bəzi şərtlərinə görə alınmadı.

- Söhbət “Red Bull” kimi məşhur və ciddi gəlirə sahib şirkətlə əməkdaşlıqdan gedirsə, məntiqlə aranızdakı müqavilənin maliyyə tərəfi yaxşı olmalıdır.

- (gülür) Onlar mənə 1 manat da ödəmir.

- Necə yəni?

- Əməkdaşlığımız qarşılıqlı maraqlar üzərində qurulub. Dediyim kimi, mən “Red Bull”un təbliği ilə məşğulam, onlar isə xarici ölkələrə səfərlərimi təşkil edir. Xorvatiyada fristayl üzrə dünya çempionatı keçiriləcək, ora göndərəcəklər. Buna qədər isə Qətərə getməliydim.

25 milyon avro ödədi, 5 illik müqavilə imzaladı

- İndiyə qədər hansı ölkələrə göndəriblər?

- Düzünü desəm, hələ getmək imkanım olmayıb. Koronavirus müəyyən problemlər yaratdı.

- 7 ildir əməkdaşlıq edirsən, ortada nə xarici səfər olub, nə də 1 manat qazanc...

- (gülür) Elədir.

- O zaman, marağın nədir?

- Bu, böyük layihədir. “Neymar Junior”da iştirak edirdim, son illər “Formula-1”də oldum. Akkreditasiyadan keçirirlər, yaşananlarla yerində tanış olmağıma şərait yaradırlar, pilotlardan müsahibə götürmək imkanımız olur. Məgər bunlar az şeydir?

25 milyon avro ödədi, 5 illik müqavilə imzaladı

- Qısası, “Red Bull”a əməkdaşlıq sənə yalnız tanınmaq, ətrafını genişləndirmək imkanı verir.

- Bəli. Bu cür tədbirlərdə yaxından iştirak etmək izləyici kütləsinin artması, beynəlxalq əlaqələrinin genişlənməsi deməkdir. Bəzən elə iş olur ki, orada pul yox, gələcəyi düşünürsən. Gələcəkdə isə pul özü səni tapır. Bu kimi nüansları yaddan çıxarmıram.

- Bu işdə təkcə məşhurluq yox, həm də maddi qazanc ön planda dayanır. Düz demirəm?

- Əlbəttə-əlbəttə. Açığı, bu işə başlayanda əsas məqsədim hansısa tanınmış brendin siması olmaq idi. Bunu bacarandan sonra anladım ki, bu sahədən pul da qazanmaq mümkündür. Və beləcə pul qazanmağın da yolunu tapdım (gülür).

- Sirr deyilsə, aylıq qazancın nə qədərdir?

- Dəyişən rəqəmlər olur, konkret məbləğ deyə bilmərəm.

25 milyon avro ödədi, 5 illik müqavilə imzaladı

- Məsələn, “tik-tok”dan aylıq nə qədər qazanc götürürsən?

- “Tik-tok”da vəziyyət elədir ki, canlı yayımlarda iştirak etmirsənsə və izləyicilər sənə hədiyyələr göndərmirsə, qazancın elə də çox olmayacaq. Məsələn, yerli bloggerlərin çoxu canlı yayımlardan qazanır. Adam var, günə 1000-4000 dollar arası qazanır. Mən hələ ki, canlı yayımda iştirak etmirəm.

- Niyə?

- Canlı yayımda böyük kütlənin qarşısına çıxmaq üçün hazır olmalısan. Nə danışacağını müəyyənləşdirməlisən, izləyicilərin suallarına doğru-düzgün cavab verməlisən. Dünən menecerim bildirdi ki, Azərbaycanda ən çox izləyiciyə sahib 7 bloggerdən biriyəm (1,3 milyon nəfər – H.). Ona görə də hazır və diqqətli olmaq əsas şərtdir. Yəqin ki, yaxın zamanlarda məni də canlı yayımda görə biləcəksiniz (gülür).

25 milyon avro ödədi, 5 illik müqavilə imzaladı

- “Red Bull” pul vermir, “tik-tok”dan qazanc götürmürsən. Bəs, hardan qazanırsan?

- “Samsung”, “Misli”, “Go Sport” kimi şirkətlərlə qonorar əməkdaşlığı edirəm. Tutaq ki, məndən məhsulları ilə bağlı maraqlı rolik istəyirlər. Çəkirəm, hazırlayıram, təqdim edirəm və yayımlayıram. Buna görə mənə ödəniş edirlər. Belə deyim, öz ərazimi icarəyə verirəm.

- Nə qədər ödəyirlər?

- ... (davamı olacaq)

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!