"Buna görə çox məyus olmuşdum" - Musa Qurbanlı

14 İyun 2022 19:00 Müsahibə 1 591
"Buna görə çox məyus olmuşdum" - Musa Qurbanlı

"Qarabağ"ın və Azərbaycan U-21 millisinin hücumçusu Musa Qurbanlı Sportinfo.az-a müsahibə verib.

O, yığma komandanın Avropa Çempionatın seçmə mərhələsindəki son matçlarından danışıb.

- Bu gün Norveçlə ağır oyun sizi gözləyir. Matça hazırlıq necə gedir?

- Hazırlıq normal gedir. Oyuna ciddi hazırlaşırıq. Bütün diqqətimizi oyuna cəmləmişik. Fiziki, taktiki və psixoloji cəhətdən oyuna tam hazır olmağa çalışacağıq, inşallah.

- Norveçlə Bakıdakı matçda layiqli mübarizə aparsaz da, sonda 1:2 hesablı məğlubiyyət yaşanmışdı...

- Bəli, həqiqətən də ilk qarşılaşmada oyunumuzda müsbət cəhətlər çox idi. Oyun baxımından bəlkə də rəqibi üstələmişdik. Lakin qələbə qazana bilməmişdik. Bu dəfə həmin oyunu saxlayaraq və səhvləri aradan qaldırmağa çalışacağıq.

- Məsələn, hansı səhvləri?

- Düşünürəm ki, son qərarlarımızı daha da yaxşılaşdırsaq və müdafiədə daha kompakt, diqqətli olsaq yaxşı nəticə də əldə edə bilərik.

- Ardıcıl iki oyunda qol vursan da, son oyunda Finlandiya millisinə qarşı fərqlənə bilmədin. Bu gün susqunluğu poza biləcəksənmi?

- Mənim məqsədim komandama xeyir vermək, qollar vurmaqdır. Və bu gün də bunun üçün əlimdən gələni edəcəm. Əlbəttə, Allah nəsib etsə, fərqlənmək xoş olardı.

- Son oyunda həm də penalla bağlı şanssızlıq yaşamışdın...

- Buna görə çox məyus olmuşdum. Çünki nəticə başqa cür ola bilərdi.

- Məyusluğu üzərindən ata bilmisən, yoxsa psixoloji gərginlik hələ də var?

- Xeyir, gərginlik yoxdur. Hər bir halda Allah hər şeyin ən yaxşısını bilir. Deməli, belə olmalıymış. Allahdan hər zaman xeyirlisini istəyirəm. Buna görə qəlbim rahatdır.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA