"Neftçi"dən getdi, “Sportinfo”ya çox maraqlı etiraf etdi

13 İyun 2022 17:00 Müsahibə 2 479
"Neftçi"dən getdi, “Sportinfo”ya çox maraqlı etiraf etdi

"Neftçi"nin yetirməsi olan, ötən mövsüm bu komanda ilə Premyer Liqa çempionluğu yaşayan və bir neçə gün əvvəl "ağ qaralar"dan ayrıldığı rəsmi açıqlanan Kamran İbrahimov Sportinfo.az-a müsahibə verib.

O, "Neftçi"dən ayrılması və gələcək karyerası ilə bağlı suallara aydınlıq gətirib.

- Kamran, yetirməsi olduğun, gənc yaşında çempionluq yaşadığın "Neftçi"dən ayrılmaq çətin olmadı?

- Əlbəttə, çətin oldu. Uşaqlıqdan "Neftçi"də oynayıram. Yeni komandama öyrəşməyim də çətin olacaq. Amma inanıram ki, ən tez zamanda buna uyğunlaşacam.

- Zaman-zaman şans da qazanırdın. Hətta səni "Neftçi"nin gələcəkdə "bir nömrəsi" görənlər də vardı. Amma ayrılmağa qərar verdin. Qalmaq şansın heçmi yox idi?

- Var idi, ancaq özüm qalmadım.

- Maraqlıdır, niyə?

- Çünki az şans qazanırdım. Mənə isə daha çox oynamaq lazım idi.

- Düşünmürsən ki, bir qədər tələsdin? Bəlkə, yeni baş məşqçi həmin şansı sənə verəcəkdi.

- Karyeramı şansa buraxmaq istəmədim.

- Bəs bundan sonrakı karyeranla bağlı nə düşünürsən?

- Yeni komandamda oynayıb, özümü sübut etmək istəyirəm.

- Yeni komanda dediyin "Kəpəz"dir?

- Hələ ki, yox.

- Daha çox oynamaq istəyini bildirdin. Yeni klubunla anlaşmanda bu istəyin əsas rol oynayacağını düşünmək olar?

- Anlaşma deyəndə ki, hər şey özümdən asılı olacaq.

- Özünü Premyer Liqa klubun əsas qapıçısı olmağa tam olaraq hazır sayırsanmı?

- Əlbəttə, hazıram. Öz üzərimdə işləyərək daha yaxşı performans göstərmək üçün əlimdən gələnin artığını edəcəm.

- Kamran, bütün aşağı yaş qrup millilərdə oynamısan. Belə olan halda əsas milliyə də dəvət alacağına ümid edirsən?

- Bəli. Əsas milliyə dəvət almaq üçün əlimdən gələni edəcəm. Məncə, bunu bacaracam.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"