Millinin qapıçısı ürəyini “Sportinfo”nun əməkdaşına açdı

10 İyun 2022 19:40 Müsahibə 995
Millinin qapıçısı ürəyini “Sportinfo”nun əməkdaşına açdı

Mini-futbol üzrə Azərbaycan millisinin qapıçısı Davud Kərimi Sportinfo.az-a müsahibə verib.

O, yığma komandanın Slovakiyada tarix yazaraq, Avropa çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanmasından danışıb.

- Artıq yığma komandamız Avropa çempionatının yarımfinalındadır. Nə hisslər keçirirsiz?

- Öncədən göstərdiyiniz diqqətə görə təşəkkür edirəm. Keçirdiyimiz hisslərə gəldikdə, təbii ki, möhtəşəm anlardı. Yaxşı hisslər keçiririk. İnşallah, uğurun davamını finala yüksəlməklə gətirərik.

- Həqiqətən, Slovakiyada tarix yazırsınız. Çempionatdan əvvəl belə uğurlu çıxış edəcəyinizə inanırdız?

- Həm Bakıda yığılanda, həm də Slovakiyaya gəldiyimiz ilk gündən özümüzə böyük inam vardı. Baş məşqçimiz hər dəfə bizə inandığını, güclü komanda olduğumuzu bildirirdi.

- Amma hər halda məqsəd yarımfinala kimi getmək deyildi...

- Hə, məqsədimiz qrupdan çıxmaq idi. Bunu bacardıq və irəlilədikcə düşündük ki, finala kimi getmək niyə də olmasın? Bir-birimizə böyük dəstək olaraq bura qədər gəlmişik. Artıq finalın bir addımlığındayıq.

- Bu yolda sosial şəbəkələrdə də sizə böyük dəstək var. Komanda daxilində bu nə dərəcədə hiss olunur?

- Əlbəttə, bunun fərqindəyik. Bütün paylaşılanları maksimum izləyirik və cavablandırmağa çalışırıq. Həqiqətən də belə dəstək görmək bizim üçün qürurvericidir. Çempionat başlayanda bizim bura gəlməyimizi 1000 nəfər ancaq bilərdi. Amma bu gün minlərlə həmvətənlimiz bizi izləyir və dəstək olur.

- Bəlkə də çempionatın ən maraqlı qolunu 1/8 finalda sən vurdun. Buna görə yerli publikdan xüsusi münasibət gördünmü?

- Çempionatda vurulan yeganə qapıçı qolunun müəllifi mənəm. Oyundan sonra Slovakiyalı jurnalistlərdən böyük diqqət gördüm. Hər biri yaxınlaşıb təbrik edir, fikirlərini bildirirdi. Amma həmin qoldan da önəmli olan komandanın uğurudur. Kimin fərqlənməsi o qədər də önəmli deyil.

- Sonda sizləri izləyən çox saylı azarkeşlərə final sözü verə bilərsənmi?

- Bütün azarkeşlərimizə səslənirəm ki, duaların əskik etməsinlər. Qismət, xeyirlisi nədirsə o da olacaq. Amma biz əlimizdən gələni edib finala yüksəlməyə və kuboku qazanmağa çalışacağıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!