“Zirə”nin kapitanı: "Buna bir neçə dəfə cəhd etdim, amma..." - MÜSAHİBƏ

1 İyun 2022 23:00 Müsahibə 1 613
“Zirə”nin kapitanı: "Buna bir neçə dəfə cəhd etdim, amma..." - MÜSAHİBƏ

"Zirə"nin və Azərbaycan millisinin yarımmüdafiəçisi Qismət Alıyev Sportinfo.az-a müsahibə verib.

Kapitan komandasının arxada qalan mövsüm çıxışını oxucularımız üçün dəyərləndirib.

- Ölkə kubokunun finalındakı məğlubiyyətdən 4 gün keçir. Üzüntünü arxada qoya bilmisiz?

- Bəli, artıq bir neçə gün keçib. Amma oyun yenə də adamın fikrində qalır. Kaş burda başqa cür edərdim kimi fikrilər adamın ağlından keçir. İstənilən halda finalı unudub, qarşıdan gələn oyunlara baxmalıyıq.

- Yəqin ki, məğlubiyyətin səbəbləri haqda da bu günlər daha dərindən düşünmək imkanı oldu. Nə qənaətə gəlmiş oldunuz?

- Sakit başla düşünürəm ki, qələbə üçün komanda şəklində çox şey bacardıq. Qol vurduq, yaxşı hücumlarımız oldu, amma təəssüf ki, sonda penaltilər zərbələrində bəxt bizdən yana olmadı.

- "Qarabağ"ı məğlubiyyətdən xilas edən qolu sənin qarşısını kəsməli olduğun Zubir vurdu. Həmin dəqiqələr zədə səbəbindən kənarda qaldın. Özlüyündə "Kaş davam edərdim" - deyə bir peşmançılıq varmı?

- Belə oyunda heç bir saniyə də adam kənarda qalmaq istəməz. Səhv etmirəmsə, həmin epizodda ayağıma görə bir dəqiqə qıraqda qaldım. Açığı, bir neçə dəfə davam etmək üçün cəhd etdim, ancaq alınmadı. Bəlkə də meydançada olsaydım, hər şey başqa cür olardı.

- Komandanız çempionatda bürünc medala, kubokda isə gümüşə sahib oldu. Maksimumu bu idi, yoxsa daha da yaxşı nəticələr qazana bilərdiniz?

- Düşünmürəm ki, bu, bizim maksimumuzdu. Çempionatda daha çox xal toplaya bilərdik. "Neftçi" ilə xal fərqimiz çox deyildi. Hardasa buraxdığımız xırda səhvlər bürünc medala sahib olmağa gətirib çıxardı. Kubokda finala çıxmaq asan olmadı. Finalda isə böyük təcrübəsi olan "Qarabağ"a qarşı oynadıq. Düşünürəm ki, mövsüm bizim üçün yaxşı alındı.

- Qazanılan uğurda baş məşqçinin rolu danılmazdı. Rəşad Sadıqovun hansı xüsusiyyətini xüsusi qeyd edərdin?

- Rəşad Sadıqovun qazandığımız uğurda böyük rolu var. Həm futbolçu, həm də məşqçi kimi böyük təcrübəyə sahibdir. Əlindən gələn nə yaxşı şeylər varsa, hamısını komandanın uğuru üçün eləyən insandır.

- Mövsüm ərzində hələ də unutmadığın hansısa oyun varmı?

- Bir neçə oyun demək olar. Amma mənim fikrimcə, final oyunun xüsusi qeyd edərdim. Çünki kubok qazanmağımıza bir addım qalmışdı.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA