GÜNDƏM: “Neftçi”də 3 futbolçunun gözləri yolda qalıb

30 May 2022 20:40 Müsahibə 1 689
GÜNDƏM: “Neftçi”də 3 futbolçunun gözləri yolda qalıb

“Neftçi”də bəzi futbolçuların gələcək taleyi ilə bağlı hələ ki, qeyri-müəyyənlik hökm sürür.

Samir Abasovun komandada qalıb-qalmayacağı ilə bağlı məsələ açıq qaldığından 3 futbolçu səbirsizliklə iyunun 2-ni gözləyir.

Bunlar Kamran İbrahimov, Tyaqo Bezerra və Ramon Maçadodur. Sözügedən oyunçuların “ağ-qaralar”la müqaviləsinin müddəti mayın sonuna qədərdir.

Bu isə o deməkdir ki, Kamranla digər 2 braziliyalının taleyinə baş məşqçi mövzusu həllini tapandan sonra aydınlıq gələcək.

Yeni baş məşqçi gələcəyi halda son söz onun olacaq. Bu 3 futbolçunun xidmətinə ehtiyac duyarsa, onlarla yeni anlaşma imzalanacaq. Yox, onların əvəzinə başqalarını istəsə, o zaman 3-nə də qapı göstəriləcək.

Hərçənd yerli futbolçu prizmasından baxanda İbrahimovun “Neftçi”də qalacağı inandırıcı görünür.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!