Azərbaycanlı prezidentin Romario ilə Bebetonun evində gördükləri – “Sportinfo”ya DANIŞDI

10 May 2022 20:40 Müsahibə 1 886
Azərbaycanlı prezidentin Romario ilə Bebetonun evində gördükləri – “Sportinfo”ya DANIŞDI

Azərbaycan Futnet və Futvole Federasiyasının nümayəndə heyətinin aprelin 27-dən mayın 3-nə qədər Braziliyaya işgüzar səfəri başa çatıb.

Qurumun prezidenti Vüsal Xəlilov, baş katib Əfqan Həmzəyev və mətbuat katibi Araz Əhmədovdan ibarət üçlü Rio de Janeyroda olduğu müddətdə daxili futvole yarışlarını izləməklə yanaşı, ölkənin həm idman, həm də siyasi sahədə kifayət qədər tanınan Romario və Bebeto kimi məşhurlarla görüşmək imkanı qazanıb.

Səfərin məqsədi, tanınmışlarla görüşlərin detalları və bir sıra suallara cavab tapmaq üçün federasiyanın rəhbəri Vüsal Xəlilovla əlaqə saxldıq.

Qalmaqallı Braziliya – Argentina oyunu təkrar keçiriləcək

- Braziliya işgüzar səfərdə əsas məqsəd nə idi?

- Bildiyiniz kimi, futbvole Braziliyada kifayət qədər tanınan və sevilən idman növüdür. Braziliyanın yerli çempionatında Avropanın hansısa beynəlxalq turnirində iştirak edən idmançılardan güclü topçular var. Orada turnir keçirilirdi və oyunları canlı izləməklə bağlı bizə bir neçə həftə öncədən dəvət göndərilmişdi. Məktublaşdıq, danışdıq və getdik.

- Məşhurlarla görüş də öncədən nəzərdə tutulmuşdu?

- Bəli-bəli. İlk danışığımızda tədbirdə ölkənin sayılıb-seçilən məşhurları – Renato Qauşo, Romario, Bebeto, Ronaldinyonun iştirak edəcəyi deyilmişdi. Düzdür, Ronaldinyo gələ bilmədi, amma qardaşı ordaydı, hətta bizimlə görüşdü də. Düşündük ki, səfər zamanı həm turniri izləyərik, həm müəyyən mənada təcrübə toplayarıq, həm gələcək planlarla bağlı danışarıq, həm də məşhurlarla üzbəüz söhbətləşmək imkanı qazanarıq. Ulduzları Azərbaycana dəvət etdik, gəlməyə razılıq verdilər. Avqustda Bakıda futvole üzrə ilk dünya çempionatı keçirməyi planlaşdırırıq. Düzdür, buna qədər 3 turnirə evsahibliyi etmişik. Amma dünya çempionatı möhürünü vurmamışıq.

Qalmaqallı Braziliya – Argentina oyunu təkrar keçiriləcək

- Mümkün olacaq?

- Əlbəttə. Bu işdə kifayət qədər təcrübəmiz var artıq. Argentina iştirak etmək istəyir, dünən Perunun nümayəndələri ilə danışdım. Onlar da gəlmək istəyirlər. Latın Amerikasından 3-4 ölkə olsa, Avropadan Almaniya, İtaliya, Fransa kimi ölkələri dəvət edib dünya çempionatı keçirməyi planlaşdırırıq.

- Siz həm də Beynəlxalq Futvole Federasiyasının prezidentisiniz…

- Elədir. 2 il əvvəl federasiya təsis olunanda fəxri president idim. Daha sonra bu kimi işlərdə fəal olduğum üçün İcraiyyə Komitəsinin iclasında seçki yolu ilə president seçildim.

Qalmaqallı Braziliya – Argentina oyunu təkrar keçiriləcək

- Romario və Bebeto kimi ulduzlarla malikanələrində görüşdüyünüzu bilirəm. Maraqlıdır, niyə məhz yaşadıqları yerə dəvət edirdilər? Xüsusi səbəbi var?

- Məşhur adamların kafe-restoranlarda, yaxud küçədə hansı çətinliklərlə üzləşdiyini bilirik. İllah da söhbət Romario və Bebeto kimi ünlülərdən gedirsə… O cür insanlar görüşlərin qapalı məkanlarda, belə deyim, evlərində baş tutmasını istəyir ki, rahat söhbət mümkün olsun, qarşı tərəflə xoş ünsiyyət alınsın. Başqa yerdə otursaydıq, bəlkə də şəkil çəkdirmək, imza almaq istəyənlərin əlindən ünsiyyət qura bilməyəcəkdik.

- İnsani keyfiyyətləri necədir? Ulduz olduqlarını hiss etdirirdilər?

- Xeyr, qətiyyən. Olduqca səmimi və ünsiyyətcil təsir bağışladılar. Hətta bəzən elə zarafatlar edirdilər ki, adam qarşısındakının Romario və ya Bebeto olduğuna inana bilmirdi. Günortalar oyun saatlarında stadionda tanış olurduq, ümumi söhbətlər edirdik, axşam görüşlərimiz də isə artıq səmimi ortamda baş tuturdu.

Qalmaqallı Braziliya – Argentina oyunu təkrar keçiriləcək

- Hansı dildə danışırdınız?

- Braziliyada ingilis dili yox dərəcəsindədir. Ölkədə ingilis dilinin tədrisinə demək olar yer ayırmayıblar. İmkanlı şəxslərin övladları ödənişli məktəblərdə ingilis dilinə yiyələnir. Romario ilə Bebetonun ingiliscəsi normaldır, bu mənada Anderson onlardan geri qalır. Ona görə də agentlərin və övladlarının köməkliyi sayəsində söhbət edirdik. Maşallah, övladları sərbəst danışır.

- Vaxtilə televiziyada izlədiyiniz məşhurlarla eyni masa ətrafında, həm də onların evində oturmaq… Bəzən yuxu kimi gəlmirdi?

- Özlərinə də dedim ki, siz dünya çempionatında qolları sıralayanda, dünya futbol ictimaiyyətinin sevgisini qazananda biz televizor qarşısında oturub sizə baxırdıq. Futbolçu vaxtı özünü aparmaq mədəniyyəti, azarkeş və jurnalistlə ünsiyyət bacarığı necə olubsa, bu gün də elədir. Bəlkə də səmimi olmasaydılar, adam sıxılardı, dediyiniz kimi, yuxu kimi görünərdi. Amma ortam o qədər səmimi olurdu ki, başqa nəsə haqda düşünməyə imkan tapmırdıq. Sanki uzun illərdir tanıdığın insanla söhbət edirsən.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti