Azərbaycana gələn argentinalı: "Bu, məndən asılı olmayan qərardır”

11 Mart 2022 21:20 Müsahibə 883
Azərbaycana gələn argentinalı: "Bu, məndən asılı olmayan qərardır”

"Keşlə"nin argentinalı mərkəz müdafiəçisi Franko Flores Sportinfo.az-a müsahibə verib.

- "Qarabağ"la oyundakı bərabərlikdən sonra "Sabah" üzərində qələbə ehtimalınız yüksək idi. Amma nə baş verdi ki, yenə məğlubiyyət yaşadınız?

- Düşünürəm ki, son iki oyunumuz çox yaxşı keçdi, amma qalib gələ bilmirik. Eyni şəkildə oynamağa davam etsək, müsbət nəticələr gələcək.

- "Keşlə" əksər oyunlarda çox sayda qol epizodları yaratsa da, bundan istifadə edə bilmir. Uğursuz nəticələrdə hücum xəttinin daha çox günahkar olduğunu düşünmək olar?

- Bir komandayıq. Hamımız uğursuzluq yaşadıq. Hücumçular, müdafiəçilər, yarımmüdafiəçilər və qapıçılar da qələbə qazanmamaqda günahkardırlar.

- Artıq komandanız üçün avrokubok şanslarının bitdiyini demək olar. Mövsümün qalan oyunlarına motivasiya olmaq çətin olmayacaq?

- Bütün oyunçular futbol oynamağa həvəslidir, biz Avropa Liqasına gedə bilməsək də, liqada mümkün olan ən yaxşı yeri tutmaq istəyirik.

- Növbəti ev oyununu Şamaxıda keçiriləcəksiz. Bölgəyə köçməyə hazırsan?

- Bu, məndən asılı olmayan qərardır və mövsümün sonuna qədər buna uyğunlaşmalıyam.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti