Yeni transferi İspaniyadan "Sabah"a gətirən səbəblər nə olub? - MÜSAHİBƏ

7 Mart 2022 23:20 Müsahibə 1 110
Yeni transferi İspaniyadan "Sabah"a gətirən səbəblər nə olub? - MÜSAHİBƏ

"Sabah"ın Bosniya və Herseqovinadan olan müdafiəçisi Boyan Letiç Sportinfo.az-a müsahibə verib.

- "Sabah"a transferin necə baş tutdu?

- Yeni çağırış axtarışındaydım. "Sabah"dan təklif gələndə komanda barədə məlumat əldə etdim. Həm klubun iddiaları mənə cəlbedici gəldi, həm də komandanın oyun tərzini bəyəndim və təklifə müsbət cavab verdim. Burda olduğuma görə xoşbəxtəm.

- "Sabah"dan gələn təklifə kimi Azərbaycan futbolu ilə bağlı nələri bilirdin?

- Düzünü deyim, elə də çox məlumatım yox idi. Lakin meydana çıxdığım bu 2 tur məni yaxşı mənada təəccübləndirdi.

- Ölkəmizdə çıxış etmiş Bosniya və Hersoqovinadan olan futbolçular az olmayıb. Arasında ölkəmizə gəlməklə bağlı məsləhətləşdiyin kimsə oldumu?

- Bəli, bura gəlməmişdən öncə məlumat əldə etdim. Azərbaycan barədə mənə müsbət şeylər deyildi. Qərarımda bu amil də rol oynadı.

- Son aylar İspaniyada demək olar şans qazanmırdın. Bu, nə ilə bağlıydı?

- Hər futbolçu oynamaq istəyər, mən də həmçinin. Lakin bu heç də həmişə səndən asılı olmur. Mənim mövqeyimdə çıxış edən, "Atletik Bilbao"dan icarədən qayıdan futbolçuya daha çox şans verilməyə başlandı. Mən isə öz vaxtımı gözləyirdim. Lakin bunun uzun müddət davam etdiyini gördükdə ayrılmaq qərarına gəldim.

- Artıq yeni klubunda 2 matça çıxmısan və bir asist etməyi də bacarmısan. İlk təəssuratların necədir?

- İlk təəssüratlarım müsbətdir. Komandamızın son oyunda qalib gəlməsinə görə çox şadam. Ümid edirəm, belə davam edərik.

- Komandaya qoşulmağın qısa müddət olsa da, meydanda çox rahat görünürsən. Adaptasiya prosesini arxada qoyduğunu deyə bilərikmi?
- Bəli, çox tez uyğunlaşdım. Fikrimcə, bu mərhələni artıq geridə qoymuşam.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"