“Xan Lənkəran” haqda bilmədikləriniz: Maaş, mükafat, hədəf - MÜSAHİBƏ

8 Fevral 2022 20:00 Müsahibə 2 653
“Xan Lənkəran” haqda bilmədikləriniz: Maaş, mükafat, hədəf - MÜSAHİBƏ

“Xan Lənkəran” rəhbərliyinin gördüyü işlər cənublu futbolsevərləri gələcək adına xeyli ümidləndirib.

Klubun yerli futbolçularla yanaşı Orxan Sadıqlı, Bəxtiyar Soltanov, Röyal Nəcəfov kimi təcrübəlilərə qucaq açması, Antalyaya təlim-məşq toplanışına yollanması, Region Liqasında rəqib tanımaması “ağ-yaşıllar”ı tezliklə Azərbaycan Premyer Liqasında görəcəyimizə işarədir sanki.

Antalya toplanışından sonra komandanın aparıcı futbolçularından biri ilə danışmağa gərək vardı ki, müsahib kimi Region Liqasında 6 qolla “Xan Lənkəran”ın bombardiri olan Röyal Nəcəfovu seçdik.

Vaxtilə MOİK-lə Birinci Divizionda, “Ağrıspor”la Türkiyənin BAL Liqasında ən sərrast oyunçu adını qazanmış hücumçu Sportinfo.az-a maraqlı açıqlamalarla yadda qaldı.

Azərbaycan təmsilçisi Pekin-2022-də 18-ci oldu - Qısa proqramda

- Komandada vəziyyət necədir?

- Hər şey qaydasındadır. Bildiyiniz kimi, Antalya toplanışındaydıq. Çox yaxşı hazırlıq keçdiyimizi deyə bilərəm. Ən vacibi xarici komandalarla yoldaşlıq görüşləri keçirməyimiz idi ki, bu da gənc futbolçuların təcrübəsini artırmaq baxımından faydalı oldu.

- Premyer Liqada və Birinci Divizionda oynamısan. Region Liqasında oynamaq futbolçuya psixoloji zərbə vurmur ki?

- Liqanın adı Region Liqası olsa da, “Xan Lənkəran”dakı işlər yüksək səviyyədə qurulub. 10 futbolçunun 7-8-i Premyer Liqada oynamış uşaqlardır. Burda şərait olmasaydı, ya heç kim gəlməzdi, ya da gələnlər qaçıb gedərdi. Komandanın daxilində də ab-hava möhtəşəmdir. Struktur və infrastruktur tam Premyer Liqa səviyyəsindədir. Ona görə də hansısa zərbədən, çətinlikdən söhbət gedə bilməz.

- “Xan Lənkəran”ı seçməyində əsas rolu nə oynadı? Futbolsuz qalmamaq, yoxsa maddiyat?

- Hər bir futbolçunun diqqətini çəkən əsas məqam üz tutduğu komandada yaradılan şərait və gələcək adına hədəflərdir. “Xan Lənkəran”ın rəhbəri sözünün ağasıdır. Bu gün verdiyi sözü sabah yerinə yetirir. Futbolçu üçün bundan gözəl nə ola bilər? Hiss olunur ki, gələcək adına verdiyi sözlər də Allahın köməkliyi ilə yerinə yetəcək. Açığı, bura gəlməyimdə rəhbərliyin gördüyü işlər və komanda üçün etdikləri əsas rol oynadı. Həm insan, həm peşəkar kimi.

Azərbaycan təmsilçisi Pekin-2022-də 18-ci oldu - Qısa proqramda

- Sirr deyilsə, qarşınızda duran hədəf(lər) nədir?

- Hədəflər bu gün, sabah və birisigün üçün nəzərdə tutulub. Onların konkret nədən ibarət olduğunu açıqlamağım doğru olmaz. Yalnız onu deyə bilərəm ki, klubda görülən bütün işlər gələcək adına xoş ümidlər verir.

- Bu günün hədəfi Region Liqasının qalibi olmaqdır?

- Bəli. İlk növbədə çempion adını qazanmağı düşünürük.

- Yaxın gələcək adına əsas hədəf yəqin ki, Premyer Liqada iştirak etməkdir.

- Hər birimizin istəyi Region Liqasının qalibi olmaqla növbəti mövsümdə Birinci Divizionda iştirak imkanı qazanmaq, orda da çempion adını qazanmaqla Premyer Liqaya vəsiqə qazanmaqdır. Allah qismət etsə, istəklərimiz həyata keçər.

Azərbaycan təmsilçisi Pekin-2022-də 18-ci oldu - Qısa proqramda

- Maaş necədir?

- Şükür Allaha, dolanırıq.

- Birinci Divizionda təklif olunan qədər var? 500-600?

- Müqayisə etmək istəmirəm. Bir onu deyə bilərəm ki, hər şey yüksək səviyyədədir.

- Qələbəyə görə mükafat verilir?

- Oyunun yekun nəticəsinin vacibliyindən asılı olaraq mükafat da təyin olunur. İnşallah, oyunları əhəmiyyəti artdıqca mükafatın məbləği də artar.

- Aktivində 6 qol var. Qarşında bombardirlik hədəfi durur?

Azərbaycan təmsilçisi Pekin-2022-də 18-ci oldu - Qısa proqramda

- Vaxtilə Azərbaycan və Türkiyə Liqalarında ən sərrast futbolçu adını qazanmışam. Yəni təcrübəm kifayət qədərdir, istər meydanda, istərsə də ondan kənarda. Bombardir olmaq yaxşıdır, amma ilk növbədə “Xan Lənkəran”ın uğurunu düşünürəm. Komanda çempion olsun, mən bombardir olmasam da olar.

- Premyer Liqadakı hücumçular göz qabağındadır. Bəzən hansısa ortabab, yaxud zəif forvard görəndə, ağlında “Niyə mən orda deyiləm” sualı yaranır?

- Təvazökarlığı sevirəm, amma bu mövzuda təvazökar olmayacağam. Bəli, sual yaranır. Hətta deyərdim ki, 1-2 komandanı çıxmaq şərti ilə digərlərində oynamağa layiqəm və hazıram. Hətta “Xan Lənkəran”ın heyətində bu gün Premyer Liqada oynaya biləcək xeyli sayda futbolçu var. Sadəcə, yerlilərə inanmaq, güvənmək lazımdır.

- 7-8 il əvvəl Lənkəranda yetişən gənclər ölkə klublarının diqqətini çəkməyi bacarmışdı. Elnur Cəfərov, Elşən Rzazadə, Kamran Abdullazadə, İlyas Səfərzadə, Mahsun Qəmbərli və sair. Bu gün yeni adlar yetişir?

Azərbaycan təmsilçisi Pekin-2022-də 18-ci oldu - Qısa proqramda

- Bu gün komandamızın 80-90 faizi Lənkərandan, belə deyim, cənub bölgəsindən olan futbolçulardan qurulub. Bu da olduqca sevindirici haldır. Bu gün heyətdə gələcəyinə böyük ümidlər bəslənən 4-5 gənc futbolçumuz var. O uşaqlar öz üzərində 1-2 il çalışsa, vallah, rahat şəkildə Premyer Liqada oynayar. Söhbət 2005-2006-cı illərdə anadan olan futbolçulardan gedir. Antalya toplanışında baş məşqçi gənclərə Almaniya və Türkiyə komandaları ilə yoldaşlıq görüşlərində şans verdi. Maşallah, o qədər rahat oynayırdılar ki. “Xan Lənkəran” yaxın gələcəkdə Birinci Divizionda, yaxud Premyer Liqada olsa, bu baxımdan problem olmayacaq.

- Futbolsuz qalmağı, futbolu atmağı Birinci Divizionda və ya Region Liqasında oynamaqdan üstün tutan futbolçular var. Belələrinə demək istədiyin söz var?

- Hər kəsin öz düşüncəsi, öz qərarı var. Mənim heç vaxt belə kompleksim olmayıb. Futbol elə bir sevgidir ki, onun liqasına baxmazlar. Qapının hündürlüyü bütün liqalarda 2.44, uzunluğu 7.32, meydanın uzunluğu 90-100 metr, eni 60-65 metrdir. Yəni göstəricilər eynidir, sadəcə, keyfiyyət baxımından müəyyən fərqlər ola bilər. Lakin bu o demək deyil ki, Premyer Liqada oynamış futbolçu Region Liqasında top dalınca qaçmağa pis baxmalıdır. Yenə də hər kəsin öz fikri var. Mənim üçün rahatdır.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA