“Neftçi”də qalıb, pulumu qazana bilərdim, amma…"

1 Yanvar 2022 13:00 Müsahibə 1 972
“Neftçi”də qalıb, pulumu qazana bilərdim, amma…"

“Neftçi“nin 6 ay müddətinə “Keşlə“yə icarəyə verdiyi yarıımmüdafiəçi Fəhmin Muradbəyli Sportinfo.az-ın suallarını cavablandırıb.

- “Keşlə”yə keçidinə münasibətin, yeni iş yerindən gözləntilərin nədir?
- Fikrimcə, yanlış addım atmadım. 14 turda cəmi 3 oyunda əsas heyətdə yer almışdım ki, bu da məni qane etmirdi. Yadınızdadırsa, Tərlan Əhmədovun dönəmində də kifayət qədər şans qazanmadığım üçün öz istəyimlə “Səbail”ə üz tutmuşdum. Əslində, “Neftçi”də qalıb, pulumu qazana bilərdim. Amma mənim üçün pul yox, karyera önəmlidir. İnşallah, “Keşlə”də öz oyunumu göstərməklə həm komandaya köməyim dəyər, həm də milliyə dəvət olunaram.

- “Keşlə”də müdafiənin sağ cinahında Tural Axundov, İlkin Qırtımov, Ruslan Əmircanov kimi təcrübəlilər var. Çətin olmayacaq ki?
- Düz qeyd etdiniz, müdafiənin sağ cinahında. Lakin mən müdafiəçi deyiləm. Bəli, 5-3-2 taktiki sxemində “sağ”da oynamışam. Amma mənim doğma mövqeyim yarımmüdafiənin cinahıdır. Bu barədə Samir Abasovla da söhbətimiz olmuşdu. Cari mövsümdə 3 oyunda şans qazanıb, 2 qol vurmuşam. Və hər iki matçda 4-3-3 sxemində yarımmüdafiənin “sağ”ında oynamışam. Bu il yalnız “Qəbələ” və “Zirə” ilə görüşlərdə 4-3-3 sxemi ilə oynamışıq, hər ikisində “11-lik”də yer alıb, qol vurmuşam. Söhbət qoldan getmir, özümü nə dərəcədə rahat hiss etdiyimi demək istəyirəm. Arif Əsədov, Samir Əliyev, Əsgər Abdullayev, Vəli Qasımov, Elxan Abdullayev, Tərlan Əhmədov – “Neftçi”dəki bütün məşqçilərin rəhbərliyi altında yarımmüdafiəçi kimi oynamışam. Hətta “Səbail”də də. Məcburiyyətdən 1-2 oyun olub bəlkə, amma ümumilikdə yox.

- Təklif tək “Keşlə”dən idi, yoxsa başqa variantlar da vardı?
- Bəlkə də var imiş, mən bilmirəm. Zaur Əzizov məni bazaya dəvət etmişdi. Həm əyani tanış olduq, həm də gələcəyimlə bağlı danışdıq. Hətta Zaur müəllim dedi ki, istəməzdim bu söhbətlə bir-birimizi tanıyaq, amma belə alındı. Dedi, Zaur Axundov şəxsən səni “Keşlə”də görmək istəyir və buna görə “Neftçi”yə müraciət edib. Düzü, mənim üçün sevindirici hal oldu. “Keşlə”də daha çox şans qazana biləcəyimi düşünüb, razılıq verdim.

- Belə çıxır ki, “Neftçi”də qalmamağının səbəbi Samir Abasovun “5-3-2”si oldu.
- Bəli, belə demək olar. Samir Abasovun futbol fəlsəfəsinə, sevdiyi taktiki sxemə uyğun gəlmədim. 4-3-3 sxemi ilə oynanılan 2 matçda 2 qol vurub, sonra 9 oyunda meydana çıxmıramsa, deməli, burda söhbət zəif oyundan getmir. Burda səbəb taktiki sxemə uyğun gəlməməyimdir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı