Ramin Musayevin “oğlum” dediyi tanınmış futbolçu 8 ildən sonra DANIŞDI

9 Dekabr 2021 20:00 Müsahibə 2 122
Ramin Musayevin “oğlum” dediyi tanınmış futbolçu 8 ildən sonra DANIŞDI

Azərbaycanda top qovmuş legionerlərin heç də hamısı uzun müddət ölkəmizdə duruş gətirə bilməyib.

Təbii, 5-10 il oynayanlar da olub. Amma hər il komandanın aparıcı siması adını daşımaq, qazanılan uğurlarda pay sahibi olmaq heç də hamının payına düşməyib.

Petar Zlatinov məhz belələrindən idi. “İnter”dəki ilk günlərdən sərgilədiyi futbolla səviyyəsini ortaya qoyan bolqar yarımmüdafiəçi komandasının “düşünən beyin”i sayılırdı.

Bu gün 1/8 final və pley-offun növbəti iştirakçıları bilinəcək - Konfrans Liqası

Elə əldə olunan uğurlarda da payı az olmamışdı. Karyerasının təxminən 6 ilini Azərbaycanda keçirən “14 nömrə” Kaxaber Tsxadadzenin qara siyahısına düşməsəydi, daha bir neçə il çempionatımızda top dalınca qaçacaqdı.

Qısası, bu dəfəki həmsöhbətim stajlı futbolsevərlərin yaxından tanıdığı, 2013-cü ildə Azərbaycanı tərk etmiş Petar Zlatinovdur.

- Necəsən? Nə işlə məşğulsan?

- Hələ ki, heç nə. Evdə oturub, istirahət edirəm.

- İşsizsən?

- Bəli.

Bu gün 1/8 final və pley-offun növbəti iştirakçıları bilinəcək - Konfrans Liqası

- İnternet qaynaqlarında adın “Vixren”in baş məşqçisi kimi göstərilib axı.

- Yox-yox, 2 aydır ayrılmışam ordan. Hazırda işsizəm.

- Baxıram, 4 ildir məşqçiliyə başlamısan.

- Elədir. “Vixren”də başlamışdım, sonra “Pirin”i çalışdırdım, son olaraq yenə “Vixren”də idim.

- Hansı kateqoriyaya sahibsən?

- A lisenziyam var.

- Məşqçilik necə sənətdir? Alınır?

- Şəxsən xoşuma gəlir. Həvəsim olduğu üçün bu yolu seçdim. Düzdür, hər sahədə olduğu kimi, məşqçiliyin də çətin tərəfləri var. Əsas olan işini sevmək və çətinliklərə sinə gərməkdir. 30 ildir futboldayam, məncə, problem olmayacaq.

Bu gün 1/8 final və pley-offun növbəti iştirakçıları bilinəcək - Konfrans Liqası

- Futbolçu karyerası, yoxsa məşqçilik?

- Nə mənada?

- Hansı sənə daha çox yaraşır?

- Futbol oynayanda futbolçu olmaq xoşuma gəlirdi. İndi məşqçiyəm və bu sənəti bəyənirəm. Hər yaşın, hər dövrün öz gözəlliyi var. Dediyim kimi, vacib olan sənəti sevməkdir. Bir işə girişmisənsə, incəlikləri öyrənməli, sona qədər getməlisən. Futbol oynayanda işimiz məşqçilərin tapşırıqlarına qulaq asıb, meydanda yerinə yetirmək idi. İndi özüm öyrənirəm, həm taktiki-texniki planda, həm psixoloji. 22-25 futbolçu, üstəgəl, köməkçilərin, həkimlər, inzibatçılar – hamısı ilə dil tapmalı, ümumi işə nəzarət etməlisən. Deyərdim ki, məşqçiliyin məsuliyyəti daha ağırdır.

- Aşağı liqa təmsilçiləri “Pirin”lə “Vixren”də çalışmısan. Gələcəyini “Levski”, ÇSKA kimi nəhənglərin “sükanı” arxasında görürsən?

- İndidən bu haqda danışmaq tezdir. Hələ ki, məşqçilikdə təzəyəm. Daha çox çalışmalı, öyrənməli, püxtələşməliyəm. Dediyiniz zirvəyə çatmaq üçün əlimdən gələni edəcəyəm.

Bu gün 1/8 final və pley-offun növbəti iştirakçıları bilinəcək - Konfrans Liqası

- Bakı üçün darıxırsan?

- Əlbəttə. Arada dostlarla yazışıram, danışıram. Amma bu, Bakını görməyin, havasını udmağın yerini verə bilməz. Sağlıq olsun, yaxın zamanda Azərbaycana səfər etmək istəyirəm. Sadəcə, uyğun vaxt tapmaq lazımdır.

- Ölkəmizdə keçirdiyin illər yadında necə qalıb?

- Yalnız və yalnız xoş xatirələrlə.

- Ən çox nəyi xatırlayırsan? Hansı günlər üçün darıxırsan?

- Ömrümün 6 ilə yaxın zamanını Azərbaycanda keçirmişəm. Bu, elə-belə vaxt deyil. Deyərdim ki, həm özümün, həm də “İnter”in adına yaddaqalan illər olub. 2 dəfə ölkə çempionu olduq, “Birlik kuboku”nu Bakıya gətirdik. Buna baxmayaraq, ölkə kubokunu başımın üzərinə qaldıra bilmədim. Halbuki, bir neçə dəfə buna yaxın idik. Ən çox təəssüfləndiyim və unuda bilmədiyim məqam budur. Azərbaycanla bağlı xatirələr mənim və ailəm üçün unudulmazdır.

Bu gün 1/8 final və pley-offun növbəti iştirakçıları bilinəcək - Konfrans Liqası

- Bura gələnə qədər Bolqarıstanda və Belarusda futbolçu karyeran olmuşdu. “İnter”dəki dönəmi karyera kitabının ən parlaq səhifələri adlandıra bilərsən?

- Azərbaycana gədənə qədər ÇSKA ilə Bolqarıstan kubokunun qalibi olmuşdum. Belarusda “Dinamo” (Minsk) ilə həm çempion olmuş, həm də ölkə kubokunu əldə etmişdim. Amma Azərbaycandakı illər tam başqa idi. Çünki titul sayı çox oldu. Digər tərəfdən, Bakıda 5 ilyarım keçirdim və özümü kifayət qədər rahat hiss edirdim.

- “İnter”dəki ilk qazancını xatırlayırsan?

- Bu haqda danışmasaq yaxşı olar.

- Həmsöhbətim olan bütün legionerlər rəqəmləri çəkinmədən dilə gətirir. Üstündən illər keçib, nə problem ola bilər ki?

- Söhbət problemin olmasında deyil. Təbii ki, heç bir problem olmayacaq. Sadəcə, müqavilə bağlayanda maddi şərtlərin tərəflər arasında sirr qalmasına dair imza atırıq. Düşünürəm ki, o sirri ömrümüzün sonuna qədər qorumalıyıq.

Bu gün 1/8 final və pley-offun növbəti iştirakçıları bilinəcək - Konfrans Liqası- O dönəmdə texniki bacarığın və ağıllı oyunun sayəsində çempionatda sayılıb-seçilən legionerlərdən hesab olunurdun. Maraqlıdır, Azərbaycanın başqa klublarından təkliflər almışdın?

- Oyunuma və əziyyətimə bu cür qiymət verdiyin üçün təşəkkür edirəm! Düzünü desəm, yox, heç bir klubdan təklif olmamışdı. Hətta olsaydı belə, getməzdim. Çünki “İnter”də özümü çox yaxşı hiss edirdim, klub prezidentindən tutmuş xadiməyə qədər özümə qarşı hörmət görürdüm. Eyni zamanda mən hamının hörmətini saxlayırdım. Azərbaycanda oynadığım dönəmdə gözüm heç vaxt başqa klublarda, yaxud pulda olmayıb. Xaraktercə sadiq insanam, olduğum yerdə pislik görmürəmsə, oranı tərk etmərəm.

Bu gün 1/8 final və pley-offun növbəti iştirakçıları bilinəcək - Konfrans Liqası

- PFL prezidenti Ramin Musayev səni “oğlum” deyə çağırır, xətrini çox istəyirdi.

- (gülür) Bilirəm-bilirəm.

- Nə idi bu sevginin səbəbi?

- Bunu Ramin müəllimin özündən soruşsaz, yaxşıdır.

- Görəndə özündən də soruşacam. Amma indi səndən eşitmək istəyirəm.

- (davamı olacaq)

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti