"Aqil Abbas boş-boş danışır, guya futbolu bilir" - MÜSAHİBƏ

9 Dekabr 2021 13:00 Müsahibə 2 577
"Aqil Abbas boş-boş danışır, guya futbolu bilir" - MÜSAHİBƏ

Uzun müddət ölkəmizdə uşaq futbolunda məşqçilik edən Ruhin Əliyevin ABŞ-a köçməsini xəbər vermişdik.

Ruhin futbol ictimaiyyətində haqqında kifayət qədər müsbət fikirlər formalaşdırmağı bacaran azsaylı təməl məşqçilərimizdən sayılırdı.

Belədə onun kimi birinin ölkəmizi, futbolumuzu tərk etməsinə, ancaq üzülmək olar.

Əliyevlə əlaqə saxlayıb, gedişinin səbəbini öyrənmək istəyirdik. Amma söhbətimiz uzun çəkincə, ortaya geniş müsahibə çıxmış oldu.

Ruhin Əliyevin Sportinfo.az-a verdiyi həmin müsahibəni sizə təqdim edirik.

Müsahibənin birinci hissəsi burada(https://www.sportinfo.az/idman_xeberleri/musahibe/128366.html?fbclid=IwAR2Gx87V7JVl-TtDQx_mUyFVEK76z2VeyNFlv9bup8ImA9txQciZmhsL4K4)

- Digər həmkarların da bu durumdan yəqin ki, şikayətçidilər. Aralarında sənin kimi ABŞ-a köçmək istəyənlər varmı? Vasitəçi olmağın üçün sənə yazırlarmı?

- Bəli, yazırlar. İndi ad açıqlamaq istəmirəm. Amma çox sayda peşəkar məşqçilər "Ruhin, necə getdin ora? Bizə də kömək elə" - deyə mənə yazıllar. Hamı ordan qaçmaq istəyir.

- Yaranmış vəziyyətdən tək çıxış yolu buradan qaçmaqdırmı?

- Bilirsiniz necədir, ya işləmək üçün insanlara şərait yaratsınlar, ya da açıq-aşkar desinlər ki, biz bu işləri gözdən pərdə asmaq üçün görürürük. Siz də mənasız yerə vaxtınızı itirməyin. Gedin özünüzə 5-10 manat gəlir gətirən işlə məşğul olun. İki yol var - ya kömək etsinlər, ya da həqiqəti desinlər. Niyə insanların ömrünü oğurlayırsınız? Nə vaxta kimi 300-500 manatla məşqçilərin başını aldadacaqlar?

- Əksəriyyət düşünür ki, bu durumdan çıxmaq üçün tək yol dövlət səviyyəsində futbola müdaxilənin olunmasıdır. Səncə, belədə nəsə dəyişə bilər?

- Əlbəttə. Milli Məclisdə qanun çıxarılmalıdır. Futbola ciddi nəzarət olunmalıdır. Heç birinin futboldan başı çıxmır. Aqil Abbas çıxıb boş-boş danışır. Guya futbolu bilir. Bircə dəfə desinlər ki, təməl məşqçilərinin halına yanmaq lazımdır.

- Təməl məşqçilərinin halına yanmaq üçün maaşını yüksəltməyə ehtiyac var, yoxsa bonus sistemi yaratmaq olar?

- Dünyanın hər yerində futbolçunun satış pulundan onun bütün təməl məşqçilərinə faiz çatır. Bu da əlavə stimul olur. Stimul, bonus olmayanda iş getmir. 400-500 manat maaşla bu işləri irəli apara bilməzlər. Hamısı bunları çox gözəl bilir. Acından ölən Ukraynada belə bu sistem var. Sadəcə indiki rəhbərlik etmək istəmir. Futbolçunu 250 minə transfer edirlər. Milli komandada bir neçə oyuna çıxır və qiymət daha da artır. Nəticədə klubun prezidenti və dostları qazanır. "Sumqayıt"da həmin futbolçunu yetişdirən 10-12 məşqçi yada düşmür. Kasıbçılığı ilə həyatını, səhhətini həmin futbolçunun 19 yaşa kimi yetişməsinə fəda edən məşqçilərin haqqı yeyilir. Futbolçudan qazadıqları 250 mini ciblərinə qoyullar, amma ordan 10 min ayırıb həmin kişilərin haqqını vermirlər. Bu dərəcədə olmaz axı. Bir dənə stimul verən nəsə olmadı ki, ona ümid edib işimizə davam edərdik.

- İllərini uşaq futbolumuza vermisən. Sənin timsalında bütün məşqçilərin haqqını yeyən həmin rəhbərlərə yəqin ki, deyəcək ürək sözlərin çoxdur...

- Mənim həyatımdan 10 ilimi oğurladılar. Haqqımı bütün yetirmələrim və valideynlərə halal edirəm. Amma həyatımın gözəl illərini oğurlayanların heç birinə haqqımı halal etmirəm.

- Uzun illər uşaq futbolunda çalışmısan. Yəqin ki, digər klublardan da məlumatlısan. Yaxşı mənada klublarımızdan hansı fərqləndirə bilərik?

- Ümumiyyətlə, Azərbaycanda qurulan işlər düzgün deyil. Son çempion "Neftçi"nin aşağı yaş qrupu yox səviyyəsindədir. U-10 komandasına kimi işlər sıfırdı. "Sabah" və "Keşlə" də eyni vəziyyətdədir. Dünya təcrübəsində təməl məşqləri U-4-dən başlayır. 8 klubumuzun heç birində bu yoxdur. "Sumqayıt"da o sistem bizim sayəmizdə qurulub. Mən ayrılsam da, Məhəmməd (köməkçisi olmuş məşqçini nəzərdə tutur) orada işləyir. Ona inanıram. Akademiyalarda U-10-na kimi komandaların formalaşması vacibdir. Dünyanın hər yerində bu proses belədir.

- Bizdə niyə yoxdur? İşi bilən yoxdu, yoxsa işləmək istəyən?

- Fəlsəfəni, strukturu, iş mexanizmini bilən yoxdur. Mükafatlandırma sistemi yoxdur. Cəzalandırma mexanizmi yoxdur. Təşkilatçılıq yox dərəcəsindədir. İşləri AFFA-nın büdcəsinə axan pulları yemək, mənimsəməkdir. Hər şey bərbaddır. Respublika çempionatı normal keçirilmir. Alternativ çempionat yoxdur. Əvvəllər yenə "Sabahın ulduzları" turniri vardı. Onu da məhv elədilər. Mən də başa düşdüm ki, Azərbaycanda futbol olmayacaq. Bəlkə də nə vaxtsa olacaq, amma biz görməyəcəyik.

- Yəni yaxın gələcək barədə pozitiv nəsə fikirləşməyə dəyməz?

- Elədir. Avropadan çox geri qalırıq. Onlara çatmaq da mümkün deyil. Mütəxəssis qıtlığı var. Hamıya C kateqoriyasın paylayırlar, amma heç nə öyrətmirlər. O da gəlir uşaqlara məşq keçməyə. Mənim təklifim olmuşdu ki, C kateqoriyasından əvvəl həmin məşqçilərə dərs keçirilməlidir. Məsələn, mən onlara uşaqlarla necə işləmək lazım olduğunun fəlsəfəsini, metodikasını öyrədə bilərdim. Ondan sonra işləməyə başlayardılar. Çox ideyalarım vardı. Amma imkan vermədilər.

- Burda itirdiyin illərə görə ordakı dostların səni qınayırmı?

- Təbii ki. Burda özlərinə hər bir şərait yaradıblar. Mən də peşmanlıq yaşayıram ki, 10 ilimi nahaqdan Azərbaycanda qoydum. Düzdü, gözəl insanlar, ailələr, valideynlər tanımışam. Elə tək təsəllim də budur.

- Ruhin, maaş azlığını anladıq. Bəs 300-500 manata çalışan məşqçilər həmin pulla necə dolanır?

- Məşqçilər valideynlərin əlinə baxır. Onları görəndə düşünür ki, aparıb qonaqlıq versəydi qarnımı doydurardım. Məşqçilər bu vəziyyətdəddir.

- Qonaqlığı nə iləsə izah etmək, vəziyyətdən çıxmaq olar. Konkret rüşvət alanlar da varmı?

- ...

davamı olacaq

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti