6 ildən sonra tapıldı, “Sportinfo”ya danışdı: “Axtaran, maraqlanan olmadı, mən də getdim”

6 Dekabr 2021 20:00 Müsahibə 2 537
6 ildən sonra tapıldı, “Sportinfo”ya danışdı: “Axtaran, maraqlanan olmadı, mən də getdim”

Vaxilə ölkənin sayılıb-seçilən futbolçularından hesab olunurdu.

“Turan”, “Neftçi”, “Qarabağ”, “Xəzər Lənkəran”, “Qəbələ” kimi “qaymaq” komandaların şərəfini qoruyub, millinin aparıcı simalarından birinə çevrilmişdi Elnur Allahverdiyev.

Hər nə qədər sərt və kobud oyunu ilə yadda qalsa, ipə-sapa satmayan xarakterə sahib olsa da, ona daim tələbat var idi. 2015-ci ildə, cəmi 32 yaşında karyerasını başa vuran müdafiəçi elə o vaxtdan yoxa çıxdı.

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

Nə stadionların yolunu tutur, nə vaxtilə çiyin-çiyinə futbol oynadığı komanda yoldaşları ilə əlaqə saxlayır, nə də mətbuatda görünürdü.

4-5 ildir onun axtarışındaydım. “İllərini futbola qurban vermiş biri bu şəkildə necə qeyb ola bilər axı” sualı ilə Allahverdiyevi çox yerdə axtarsam da, nəhayət dünən tapa bildim.

Sabiq yığma üzvü 6 illik susqunluğu Sportinfo.az-a müsahibə ilə pozdu.

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

- Səsini eşidək. Necəsən? Neynirsən? Haralardasan?

- Salam, qardaş, salam. Allah razı olsun, şükür, yaxşılıqdır. Evdə-eşikdəyəm, heç nə yoxdur, oturmuşam evdə.

- Nə əcəb futbolda deyilsən?

- Nə bilim. Başlamaq istəyirəm, görək də. Neçə il ara verdim, görüm bundan sonra nə olur.

- Futbolsuz necə yaşayırsan?

- Çətindir, qardaşım, çox çətin.

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

- Heç olmasa, arada dost-tanışla oynayırsan?

- Düzünü desəm, yox. 6 ildir futboldan tam uzaqlaşmışam.

- Futbolçu yoldaşlarınla da əlaqən yoxdur deyəsən. Neçə ildir axtarıram səni, “gördüm” deyən yoxdur.

- Heç kimlə əlaqəm yoxdur. Evdəyəm bütün günü.

- Niyə?

- Vallah, özüm də bilmirəm. Nə bilim, belə alındı. Bəlkə də xarakterimlə bağlıdır.

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

- Futbolla birdəfəlik uzaqlaşmısan?

- Yox-yox. Allah yol açar işləyərəm. Kim istəməz illərlə məşğul olduğu sənətin içində olsun? Sadəcə, bir müddət ara vermişdim ki, görüm nə olur.

- Azərbaycan Premyer Liqasını izləyirsən heç olmasa?

- Əlbəttə. Desəm ki, bütün oyunlara baxıram, yalan olar. Maraqlı qarşılaşmalar olanda izləyirəm.

- Necədir? Xoşuna gəlir?

- Xoşuma gəlməyinə gəlmir, amma baxıram da.

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

- Nə çatmır? Nəyi bəyənmirsən?

- Çox şey çatmır. İlk növbədə çempionatda komandalar çatmır. Cəmi 8 komanda mübarizə aparır ki, bu da çox azdır. Rəqabət çatmır. Əvvəl komanda sayı çox idi, klubların imkanı yaxşı idi, ona görə də çempionluq uğrunda 7-8 komanda mübarizə aparırdı. İndi kim var? “Qarabağ”dı, bir az da “Neftçi” nəsə etməyə çalışır. Yaxşı ki, bu il “Qəbələ”ylə “Zirə” də rəng qatır çempionata. Görək qış fasiləsindən sonra nə edəcəklər. Yüksək səviyyəli futbolçular çatmır. O vaxtkı legionerlərə, yaxud yerlilərə baxın, bir də indikilərə. Çatışmayan çox şey var.

- Birdən-birə yoxa çıxdın, futboldan səssiz getdin. Nə baş verdi?

- Mənlik bir şey olmadı. “Neftçi”dən ayrılandan sonra axtaran, maraqlanan olmadı. Mən də gedib kiminsə qapısını döyən adam deyiləm. Bir müddət gözlədim, gördüm soruşan yoxdur, elə o vaxtdan çəkildim kənara. Xidmətimə ehtiyac olsaydı, bəlkə də bu günə qədər oynayardım. Özümdə o gücü hiss edirdim.

- Niyə istəyən olmadı?

- Bilmirəm ki. Xarakterimə görə bəlkə, ya da başqa nəyəsə görə. Mənə demirdilər axı.

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

- Məşqçi olmaq istəyirsən?

- İstəyirəm deyəndə ki, belə bir planım var.

- Sənin kimi səbirsiz, dəliqanlı adamda məşqçilik alınar?

- (gülür) O vaxtkı Elnur deyiləm axı indi. 10 il əvvəl cavan idim, tam fərqli xarakterim vardı. İndi yaş artıb, övladım var, onu böyüdürəm. Deyilənə görə, xarakterimdə ciddi dəyişiklik var. Məncə, məşqçi kimi çox tələbkar olaram. Məşqçilikdə əsas amillərdən biridir.

- Millidə oynamısan, deməli, C kateqoriyan var.

- Bəli, veriblər, varımdır. B-ni oxumaq istəyirəm. Maraqlandım, dedilər B kursları başlayıb, martda başa çatacaq. İnşallah, növbəti kurslar üçün adımı yazdıracam, oxumaq istəyirəm. Qismət olsa, məşqçi işləmək həvəsim var.

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

- 6 ildir futboldan kənardasan. Nə yeyib-içirsən, ailəni nə ilə dolandırırsan?

- Şükürlər olsun, vaxtın 3-5 manat qazanmışdıq, elə onunla dolanırıq.

- Vaxtında qazandıqlarını 50 yerə xərcləyirdin. Həm də pul o qədər çoxdur ki, 6 ildir qurtarmır?

- (gülür) O vaxt imkan var idi, bir-iki şey düzüb-qoşmuşam. Demirəm yağ-bal içində yaşayıram. Təbii ki, əvvəlki dolanışıq deyil. Amma gedib kiminsə qapısını döymürəm. Allaha şükür, o günü göstərməyib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti