“Mən Mahirə nə pislik etmişəm ki?” - Anar Mədətov sükutu “Sportinfo” ilə pozdu

22 Noyabr 2021 20:00 Müsahibə 4 740
“Mən Mahirə nə pislik etmişəm ki?” - Anar Mədətov sükutu “Sportinfo” ilə pozdu

Onunla indi yox, çoxdan – Elnurə xanımla aralarında yaşanan məlum problemdən sonra danışmaq istəyirdim.

Lakin hər dəfə inkar edir, müsahibə verməkdən boyun qaçırır və bütün hallarda “yox” cavabının səbəbini danışacaqlarının oğlu Mahirin çıxışına mənfi təsir göstərə biləcəyi ilə əlaqələndirirdi.

PSJ-də xoşbəxt deyil – İngiltərəyə qayıtmaq istəyir

Allah şahiddir ki, niyyətim onun deyəcəkləri ilə oxucu kütləsinə “işləmək” yox, sadəcə, yaşananlardan sonra necə yaşaması, övladları ilə nə dərəcədə maraqlanması, qısası, hansı hislər keçirdiyini bilmək idi.

Nahəyət, dünən müsahibəyə razılıq verdi. Təbii ki, “Elə edək ki, balalarıma pis təsir edən heç nə olmasın” xahişini etməklə.

Söhbətin Mahir Emrelinin atası, 23 il Mədətovlar ailəsinin başında durmuş Anar Mədətovdan getdiyini anladığınıza şübhə etmirəm.

- Salam. Necəsiz? Neynirsiz?

- Salam-salam. Şükür, yaxşılıqdır. İşləyirik, çalışırıq, bu günümüzə şükür.

- Başınız şəxsi işlərə qarışıb deyəsən.

- Çəkilişdəyəm.

PSJ-də xoşbəxt deyil – İngiltərəyə qayıtmaq istəyir

- Futbola diqqət ayırmağa imkanınız olur?

- İmkan daxilində baxmağa, nəticələri öyrənməyə çalışıram.

- “Legiya” ilə maraqlanırsız?

- Maraqlanıram da, baxıram da.

- Mahir qol vurandan-vurana baxırsız, yoxsa mütəmadi?

- Yox, niyə ki?! “Legiya”nın “Spartak”la Moskvadakı oyununda dostlarla stadionda idik. Televiziyada çalışdığıma görə, imkan daxilində hərəkət etməli oluram.

PSJ-də xoşbəxt deyil – İngiltərəyə qayıtmaq istəyir

- Sevinirsiz yəqin ki.

- Həm sevindirir, həm üzür. Sevindirir ona görə ki, Azərbaycanı tərk etdi.

- Bəs, nə üzür?

- “Legiya”nın çempionatdakı vəziyyəti. Çox istərdim ki, daxili yarışda da uğurlu görünsünlər. İnşallah, o da olar.

- Açığı, üzücü məqam kimi Mahirin formasının arxasında Mədətov yox, Emreli soyadının yazılmasını qeyd edəcəyinizi təxmin etmişdim.

- Formanın arxasında nə yazılır, yazılsın. Mahirdi də, oğlumdur. “Legiya”da da kimin oğlu olduğunu bilirlər. Qan qrupu, adı – hamısı əvvəlkidir, dəyişməyib. Eybi yox, hər şeyin öz vaxtı var. Yenə də Azərbaycanın fəxridir.

- İndiki xoşagəlməz durum hamıya məlumdur. Bu vəziyyətin yaxşıya doğru dəyişəcəyinə ümid varmı? 23 illik ailənin dağılmasından ən çox əziyyət çəkən övladların olduğunu siz məndən yaxşı bilirsiz.

PSJ-də xoşbəxt deyil – İngiltərəyə qayıtmaq istəyir

- Nə bilim, vallah. Onu mən yox, Allah bilər. Həyatdır, sabah nə olacağını bilmək olmur. Dəyişdi, ya dəyişmədi, təki Mahirin işləri uğurlu olsun.

- Elnurə xanımla aranızda yaşananları hər evdə ola biləcək hadisə kimi qəbul edib, anlamaq olar. Maraqlıdır, bu işdə Mahirin sizdən üz çevirməsi necə təsir etdi?

- Bu məsələdə fikir bildirmək çətindir. Durum sinəmə vurum ki, bu, belə deyil, belədir, mən eləyəm, filankəs belədir. Bunu etməklə heç nə düzəlməyəcək. Həyatdır, kimin başına nə gələcəyini heç kim bilmir. Sadəcə, piara bir az fərqli səmt verildi. Bir müddət əvvəl idmançılarla bağlı verilişə baxdım. Aparıcı futboldan uzaq adam olsa da, idmançılarla bağlı süjet hazırlamışdı. Orda Mahirin adı biznes adamı kimi çəkiləndə, açığı, təəccübləndim. O, idmançı və futbolçudur, biznesmen yox. Uşaq vaxtı deyirdim, Mahir, indi atana görə hörmət edə bilərlər sənə. Amma gələcəkdə elə işlər gör ki, özünə görə hörmət etsinlər. İndi maşallah, öz dövrüdür, öz hörməti var. O, mənim oğlumdur, mən onun atasıyam. Həyat da davam edir. Söhbət tək Mahirdən getmir, bu sözlər qızıma da aiddir. İkisi də balamdır.

- Ürəyinizin dərinliyində Mahirə inciklik var?

- O, uşaqdır, balamdır. Necə inciyə bilərəm ondan? Məgər valideyn övladından inciyər? 24 yaşı var, hələ də uşaqdır mənim üçün. Mən də bu yaşda anam üçün uşağam. Mahir “Mədətov” soyadı ilə anadan olub, o soyadla böyüyüb, tanınıb. İndi dəyişiklik edib, heç nə olmaz. Əsas odur futbolunu oynasın, səxsiyyətinə hörmət qazanmaqda davam etsin. Mənim bir ata kimi istəyim budur.

PSJ-də xoşbəxt deyil – İngiltərəyə qayıtmaq istəyir

- Mahirdən incik deyilsizsə, niyə sosial şəbəkə hesablarında əvvəlki qədər “isti” deyilsiz ona qarşı? Münasibətlər qaydasında olanda, oğlunuzun şəkil və videolarını paylaşırdız axı.

- Yenə edərəm. İnşallah, o da olar. Deyirəm axı, sabah nə olacağını bilmək olmaz. Mahir həm balamdır, həm də anamın adının daşıyıcısı. Anam Mahirədir, oğlum Mahir. Adam inciyə bilər, sizcə?

- Məlum hadisədən sonra Mahirlə aranızda telefon danışığı, yaxud, siz tərəfdən buna cəhd olub?

- Bizim həmişə normal ünsiyyətimiz olub, olacaq da.

PSJ-də xoşbəxt deyil – İngiltərəyə qayıtmaq istəyir

- Anladım, çox “dərinə” getməməklə bağlı razılığımız olub sizinlə. Son olaraq saytımız vasitəsi ilə Mahirə nə demək istəyirsiz?

- Mahir kimi sadə qalmağı, insanları Mahir kimi sevindirməyi və ən əsası, “Legiya”da bundan da yaxşı oynamağı arzulayıram ona. Polşa onun gələcəyi üçün tramplindir, bu şansdan mütləq istifadə etmək lazımdır. Heç nəyə fikir vermədən futbolunu oynasın. O ki qaldı bizə, narahat olmasın, hər şey yaxşıdır. Uğurlar və sağlamlıq diləyirəm.

-“Mahir, səni çox istəyirəm, sənin üçün darıxıram” – bunları da əlavə edim sonluğa?

- Mən Mahiri onsuz da çox istəyirəm, çünki o, mənim oğlumdur, balamdır. Hər bir valideyn öz övladı üçün darıxır. Həmçinin, övlad öz valideyni üçün. İnsanlar var ki, illərlə atasını görmür, 20-30 ildən sonra gedib atasını tapıb, bağrına basır. Mən Mahirə nə pislik etmişəm ki? Problemim anası ilə olub. Biz ayrılanda Mahirin 22 yaşı vardı. Və Azərbaycanda kifayət qədər tanınan, sevilən idmançı və şəxsiyyət idi. Bu, mənim üçün hər şey deməkdir. Bir də, unutmayaq ki, Mahirin futbolçu kimi yetişməsində “Bakı”, futbolçu kimi püxtələfib təcrübə toplamasında “Qarabağ”, dünyada tanınmasında “Legiya” böyük pay sahibidir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti