"Mən səbrlə gözləyirəm ki..."

18 Noyabr 2021 18:00 Müsahibə 804
"Mən səbrlə gözləyirəm ki..."

Yay fasiləsində surpriz transferlərlə güclənən "Kəpəz"in yeni mövsüm heç də uğurlu çıxış etdiyini demək olmaz.

Düzdü, komanda məğlub olmayıb, amma arxada qalan 7 oyunda komandanın aktivində nə az, nə çox 4 heç-heçə var. Görəsən, qələbələri sıralamağa nə mane olur?

Bu və digər suallara bölgə klubunun təcrübəli simalarından sayılan İbrahim Qədirzadənin Sportinfo.az-a müsahihəsində cavab tapmağa çalışdıq.

- Enişli-yoxuşlu qırafik cızan "Kəpəz" əhəmiyyəti böyük olan "Turan Tovuz"la görüşdə qələbə qazandı. Öncə Qərb derbisi ilə bağlı fikirlərin maraqlıdır...

- Matçın çətin keçəcəyini bilirdik. Qarşılaşma həm bizim üçün, həm də azarkeşlərimiz üçün çox vacib idi. Şükür, sonda sevinən biz olduq. Gərgin oyun keçdi. Belə oyunların çox olmasını istərdik

- Komandanın əsas heyət üzvlərindən sayılsan da vacib görüşdə az şans qazandın. Bu nə ilə bağlıydı?

- Bu, Yaşar müəllimin qərarıdır. Mən də səbrlə gözləyirəm. Nə vaxt şans qazanıramsa, komandama faydalı olmağa çalışıram. Yəqin ki, bundan sonra daha çox şans qazanaram.

- Əksəriyyət mövsümün əvvəli düşünürdü ki, "Kəpəz" hazırkı heyətlə rahat çempion olacaq. Amma gedişat heç də onu göstərmir. Səbəb nədir?

- Rahat çempion olacağımız haqqında deyilən fikirlərlə razı deyiləm. Ötən illə müqayisədə bu il birinci divizonda rəqabət artıb. Heyətimizə görə hər oyun bizdən qələbə gözlənilməsi başadüşüləndi. Cəmi 7 oyun keçirmişik. Hələ qarşıda çox oyun var. Arxada qalan çıxışımıza uğursuz deməzdim. Hələ məğlub olmamışıq. Qarşıdakı turlar qələbə qazanıb liderlər qrupunda olacağıq.

- Nəticədən başqa göstərilən oyun da ürəkaçan deyil axı...

- Yeni oyunçularımız çoxdu. Daha yaxşı olmağımız üçün zamana ehtiyac var.

- Səncə, azarkeşlər o zaman sizə verəcəkmi?

- Onların istəklərini anlayıram. Bir az səbrli olsunlar. Komandaya dəstək olmağa davam etsinlər. İnşallah, birlikdə istədiyimiz nəticəni qazanacağıq.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"