Millimizin sabiq müdafiəçisi supermarketdə işləyir - MÜSAHİBƏ

11 Noyabr 2021 20:00 Müsahibə 2 714
Millimizin sabiq müdafiəçisi supermarketdə işləyir - MÜSAHİBƏ

2005-ci ildə Superliqadan Azərbaycan çempionatına gələn Ernani Pereyra Türkiyə çempionatını yaxından izləyənlərə yaxşı tanış idi.

“Konyaspor”un əsas siması olmasa da, ara-sıra şans qazanmaqla iki mövsümdə meydana çıxdığı 24 matçda 1 qol vurmağı bacarmışdı.

Braziliyalı müdafiəçi 2005-ci ilin yayında Fuat Yamanın istəyi ilə Türkiyədən Azərbaycana köç etdi.

Və həmin gündən ölkəmizdə - “Karvan”da möhkəmlənməyi bacardı. Komandanın əsas parçasına çevrildi, millinin formasını geyinməyə razılıq verdi və beləcə, ömrünün 5 ilini Azərbaycanda keçirdi.

2010-cu ildə Yevlaxı tərk edən Ernanidən də xeyli vaxt idi səs-soraq yox idi. Braziliyada apardığımız axtarışlar nəticəsində sabiq yığma üzvünü futbolda yox, başqa sahədə tapdıq.

Harda? Ən yaxşısı, öz dilindən eşidək.

Premyer Liqa klubuna baş məşqçi təyin olundu - Əfsanəvi kapitan

- Salam, Ernani. Necəsən? İşlərin necə gedir?

- Salam, dostum, salam. Yaxşıyam, hər şey qaydasındadır. Sən necəsən? Azərbaycanda vəziyyət necədir?

- Səsin yaxşı gəlmir. Bir az ucadan danışa bilərsən?

- Mən indi işdəyəm. Burda rahat danışmaq olmur, həm də işçilərin yanında telefonla danışmağım doğru deyil. 3-4 saatdan sonra zəng edə bilərsən?

(5 saatdan sonra əlaqə saxlayıram, bu dəfə evindədir, rahat danışa bildiyini deyir)

- Bayaq işdə olduğunu dedin. Ciddi rejimli nə işdir elə?

- Ciddi rejim söhbəti deyil. Sadəcə, işçilərin yanında telefonla danışmaq istəmirəm. Mən danışsam, sabah onlar da danışacaq.

Premyer Liqa klubuna baş məşqçi təyin olundu - Əfsanəvi kapitan

- Nə işidir? Hansı sahədir?

- Menecerəm.

- Hansı sahədə?

- Supermarketdə.

- Sənin futbolda menecer işləməlisən, supermarketdə nə işin var?

- Obyekt özümüzündür, başqasının deyil. Karyeramı başa vurandan dərhal sonra elə burda işə başladım. O vaxtdan supermarketdəyəm. Mən futbol oynayan dönəmdə valideynlərim buranı işlədirdi. Sonra özüm götürdüm.

- Nə əcəb futbolda qalıb məşqçilik, yaxud menecerlik etmədin?

- Mən uşaqlıqdan yalnız futbolçu haqda düşünürdüm, sonda istəyimə çatdım. Futbol oynadığım dönəmdə isə, karyeramı bitirəndən sonra özümü futbolun hansısa qolunda təsəvvür etmirdim. Ona görə də karyeramı yekunlaşdırandan sonra futbolda qalmağı düşünmədim. Həm də, indi hər yerindən duran özünə menecer, ya da məşqçi deyir. Futbol oynamayıb, futbolun dərinliklərini bilmir, sırf pul qazanmaq xatirinə bu işə gəlir. Ona görə də futbol sahəsində işləmək istəmədim. Futbolu düşünən adam cibindən əvvəl gələcəyin potensial futbolçularını fikirləşməlidir, onların inkişafına kömək etməlidir. Nə isə, uzun söhbətdir.

Premyer Liqa klubuna baş məşqçi təyin olundu - Əfsanəvi kapitan

- Ömür boyu top dalınca qaçan biri üçün indi müştəri dalınca qaçmaq çətin deyil ki?

- Müştəri dalınca qaçmıram ki, özləri gəlir (uca səslə gəlir). Qətiyyən çətin deyil. Məndən əvvəl atamla anam orda işləyirdi. Karyeramı başa vurandan sonra bir müddət onların yanında oturdum, baxdım, öyrəndim. Heç bir çətinliy yoxdur. Bir də ki, onsuz da futbol məni yormuşdu. Lap yaxşı təklif olsaydı belə, o sahədə qalmayacaqdım. Rahatlıq istəyirdim.

-Niyə?

- Görün, neçə il ailəmdən, yaxınlarımdan uzaq qaldım. 2003-cü ildə Türkiyəyə yollandım, 2005-də Azərbaycana getdim, 2010-da yenidən Türkiyəyə. Bu müddətdə ancaq futbolu düşünür, futbol oynayırdım. Həm də tək yaşayırdım. Bəlkə tək yaşamasaydım, bezməzdim, yorulmazdım.

- Azərbaycanda əcnəbi xanımla yaşayırdın axı, səhv etmirəmsə.

- Azərbaycanda oynadığım dönəmdə qısa müddət evli oldum. Xanımım braziliyalı idi. Lakin evliliyimiz 1 il sürmədi, ayrıldıq. Mən həmişə tək yaşamışam, görünür, bu səbəbdən yoruldum.

- Hələ də subaysan?

- Artıq ailəliyəm, 2 il əvvəl ikinci dəfə ailə həyatı qurdum.Premyer Liqa klubuna baş məşqçi təyin olundu - Əfsanəvi kapitan

- Uşaq(lar) var?

- Təəssüf ki, indiyə qədər atalıq hissini dada bilməmişəm. Allah bir gün qismət edər. Uşaqları dəhşətli dərəcədə çox sevirəm.

- Türkiyədə və Azərbaycanda oynamış biri, məntiqlə, böyük pullar qazanmalıdır. 8 ildə maddi imkanını kifayət qədər yaxşılaşdırmağı bacarmışdın?

- Düzünü desəm, o vaxt aldığım maaş Avropa səviyyəsində elə də çox deyildi. Amma həmin dollarları Braziliya realına çevirəndə ciddi məbləğ edirdi. O vaxt 1 dollar 3 real idisə, indi 5 real olub.

- Neynədin o pulları?

- Özümün, valideynlərimin və qardaşımın güzəranının yaxşılaşmasına xərclədim. Ev aldım, maşın aldım, ayrıca mülk. Müəyyən məbləği supermarketə yatırım etdim. Qısası, öz həyatıma xərclədim.

Premyer Liqa klubuna baş məşqçi təyin olundu - Əfsanəvi kapitan

- “Karvan”da ayda nə qədər maaş alırdın?

- İlk mövsümdəki müqavilədə aylıq 8 min dollar idi. İkinci mövsümdə bir az artdı. “Karvan”da bir iş yaxşıydı ki, qələbələyə görə yaxşı məbləğdə mükafat verildi. Aylıq qazancım 10-12 min dollara gəlib çıxırdı. O dönəm üçün yaxşı pul idi.

- Millidən də qazanırdın axı.

- Yox-yox, millidə bizə az pul verirdilər. AFFA ilə aramızda rəsmi müqavilə yox idi. Harasa toplanışa, yaxud oyuna gedirdiksə, həmin günlərə görə sutkalıq alırdıq. 200-300, maksimum 500 dollar.

- Bəs, qələbələrə görə mükafatlar?

- Qələbə qazananda, hə. Amma uda bilmirdik axı (gülür). Bəlkə millinin indiki vəziyyəti yaxşıdır. Mən oynayan vaxt qalib gələ bilmirdik.

- Berti Foqtsu xatırlayırsan yəqin. Yadında necə insan kimi qalıb?

- ...

(davamı olacaq)

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti