“Xəzər Lənkəran”da futbolçular pul yığırdı ki...” – Bamba ŞOK faktlar açıqladı

21 Oktyabr 2021 14:00 Müsahibə 2 745
“Xəzər Lənkəran”da futbolçular pul yığırdı ki...” – Bamba ŞOK faktlar açıqladı

İsveçrə kubokunun finalçısı, İsveçrə Çağırış Liqasının (Birinci Divizion) qalibi, Azərbaycan kubokunun finalçısı və qalibi, Azərbaycan çempionatının gümüş və bürünc mükafatçısı və ən nəhayət, 2005-06 mövsümündə 16 qolla Azərbaycan Premyer Liqasının ən sərrast futbolçusu...

Xatırlayanlar xatırladı. Xatırlamayanlar üçün xatırladaq ki, söhbət vaxtilə ölkəmizdə sayılıb-seçilən legionerlərdən olmuş, “Karvan”la “Xəzər Lənkəran”ın şərəfini qorumuş, çoxlarının Yaqub Babayev kimi çağırdığı Yakuba Bambadan gedir.

Sabiq legionerlə söhbətdəki növbəti müsahibim 46 yaşlı Bamba oldu. Ötənlərin məşhur hücumçusu ötüb-keçənləri, vaxtilə Azərbaycanda başına gələn ən maraqlı hadisələri Sportinfo.az-a müsahibəsində dilə gətirdi.

Azərbaycanlı Uğur vaxtından əvvəl Avropa çempionluğu qazandı

- Fil Dişi Sahilindəsən, yoxsa Avropada?
- Hazırda Fil Dişi Sahilindəyəm. Bəzən qısa müddətlik Parisə gedib-qayıdıram.

- Harda yaşayırsan?
- Yaşayış yerim buradır, çünki burda uşaq və yeniyetmələrin inkişafı üçün yaratdığım klubun sahibiyəm. Parisə oğlumun yanına gedirəm.

- Azərbaycanı xatırlayırsan? Yadına düşür buralar?
- Xatırlayırsan da sözdür, qardaş. Oynadığım ölkələrin arasında Azərbaycan mənim üçün ən möhtəşəmi və unudulmazı olub. Yalan danışmıram, Allaha and olsun belədir.

- 6 il oynadığın İsveçrədən də üstün?
- Əlbəttə.

Azərbaycanlı Uğur vaxtından əvvəl Avropa çempionluğu qazandı

- Niyə?
- İsveçrə tanınmış, çox inkişaf etmiş, bir çox keyfiyyətlərinə görə digər ölkələri qabaqlayan yer ola bilər. Amma Azərbaycan tam başqadır mənim üçün. Əvvəla, müsəlman ölkəsidir. Digər tərəfdən insanları mehribandır. Gecə getməyə yerin olmaz, qapını üzünə açıb, sənə yatmağa yer verərlər. Bu, hər ölkədə belə deyil. Yevlaxda, Bakıda o qədər dostlarım var idi ki, özümü Kot d”İvuardakı kimi hiss edirdim.

- Elədirsə, niyə gəlib-getmirsən?
- Niyə elə deyirsən? 5 il əvvəl gəlmişdim axı. Bir neçə gün qaldım, gəzdim, dostlarımı gördüm. Tez-tez səfər etməyə imkanım olmur, açığı. Amma yaxın zamanda yenə səfər edəcəyəm. Azərbaycan mənim üçün çox doğmadır.

- Niyə gəlmişdin?
- Elə-belə, gəzməyə, dostlarımı görməyə.

Azərbaycanlı Uğur vaxtından əvvəl Avropa çempionluğu qazandı

- Yevlaxa getmədin?
- Düzünü desəm, yox. Vaxt azlığına görə mümkün olmadı. Bu dəfə gələndə mütləq gedəcəm. Yevlax mənim doğma rayonumdur. Oranın Yaqub Babayev adlı vətəndaşıyam (uca səs gülür).

- O da yadında qalıb?
- Yadında qalıb nədir? Vətənimdə dostlarım məni Yaqub Babayev çağırır. “Feysbuk”dakı ad-soyadım da Yaqub Babayevdir. Yakuba Bamba artıq keçmişdə qalıb (gülür).

- Vaxtilə çiyin-çiyinə oynadığın komanda yoldaşlarından kimlərləsə əlaqən qalıb?
- Tərlan Əhmədov “feysbuk”da dostluğumdadır. İndi məşqçi işləyir, bir ara “Neftçi”ni çalışdırırdı. Nazar Bayramovu, “Xəzər Lənkəran”dan Emin Quliyevi, daha bir neçə nəfəri də sosial şəbəkələrdə izləyirəm, paylaşımlarını görürəm.

- “Xəzər Lənkəran” demişkən, yevlaxlı azarkeşlərin sevgisini qazana bilsən də, lənkəranlıların sevimlisi ola bilmədin. Uğurlu “Karvan” karyerasından sonra Lənkəranda özünü göstərməyə nə mane oldu?
- Ora getməklə çox böyük səhv etdim. Çünki “Xəzər Lənkəran” mənə kənardan yaxşı görünürdü. Tək mənə yox, hamıya. Getdim gördüm futbol komandası deyil, mafiyadır.

Azərbaycanlı Uğur vaxtından əvvəl Avropa çempionluğu qazandı

- Nə mafiyası?
- Özüm də bilmirəm nə mafiyasıydı. Komandanın içində qruplaşma var idi, braziliyalı futbolçular digərlərindən pul yığırdı. Nə bilim, qəribə hadisələr yaşanırdı içəridə. Rəhbərlikdə təmsil olunanlar isə öz işindəydi. İnanırsan, özümə də, futbola da nifrət edirdim orda. Ona görə də oyunum alınmadı. Müqavilənin müddətinin başa çatmasını gözləyirdim ki, çıxıb gedim.

- Baş məşqçi Ağasəlim Mircavadov bunları görmürdü?
- Mircavadovluq bir şey yox idi. O, əla kişi idi, məni çox istəyirdi, güvənirdi. Bunu rəhbərlik görməli, ölçü götürməliydi. Onlara isə, futbol lazım deyildi. Kimin transferindən yaxşı pul qazanırdılar, ona daha çox şans verirdilər. Çox şeylər var idi, çox şeylər.

- “Karvan”ı “Xəzər Lənkəran”a pula görə dəyişmişdin, düzdür?
- Burda gizlədəcək bir şey yoxdur. 32 yaşım var idi və karyeramın sonu yaxınlaşırdı. 2-3 il futbol oynayıb, karyeramı bitirəcəkdim. “Xəzər Lənkəran”dan yaxşı təklif gəldi deyə, “Karvan”dan ayrıldım. Yevlaxda hamı qərarıma hörmətlə yanaşdı. Çünki məni yaxşı başa düşürdülər.

- “Xəzər Lənkəran” nə qədər pul təklif etmişdi?
- Aylıq 10 min dollar.

- Bəs “Karvan”da nə qədər alırdın?
- ...
(davamı olacaq)

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti