Samir Abasov: "Açığı, 3-4 futbolçu var ki, onların güc yığmaqlarını istəyirdim"

10 Oktyabr 2021 11:40 Müsahibə 2 101
Samir Abasov: "Açığı, 3-4 futbolçu var ki, onların güc yığmaqlarını istəyirdim"

“Neftçi”ylə “Qəbələ” arasında keçirilən yoldaşlıq oyunundan (1:1) sonra Samir Abasov kifayət qədər təmkinli görünürdü.

Bir neçə futbolçusunun zədə səbəbindən matçı yarımçıq dayandırmasına və qələbə hesabının əldən çxımasına baxmayaraq, “ağ-qaralar”ın çalışdırıcısı Sportinfo.az-ın suallarını cavablabdırmaqdan imtina etmədi.

- Bu oyun sizə nə verdi?

- Yığmaların oyunları ilə əlaqədar çempionatda 14 gün fasilə yaranıb. Futbolçulara bir neçə günlük istirahət verəndən sonra məşqlərə başladıq. Dayanmadan hər gün məşq etmək bəzən bezdirici olur. Ona görə arada yoldaşlıq görüşü saldıq. Açığı, 3-4 futbolçu var ki, onların hazırkı durumuna baxmaq, güc yığmaqlarını istəyirdim.

- Kimləri nəzərdə tutursuz?

- Korreamı, Harramizi, Mboc da son vaxtlar oynamır, onu. Futbol dili ilə desəm, istəyirdim canları isinsin.

- Korrea demişkən, oyunun əvvəlində zədə səbəbindən əvəzləndi. Lavalla Harramiz da ayağını dartırdı. Ciddi problem yoxdur ki?

- Elə zədələrdi ki, buz qoysan, keçəcək.

- Yığmalara görə yaranmış fasilənin komanda mənfi təsiri olmayacaq?

- Gənc oyunçularımızın çoxu U-21-dədi. Əsas heyət oyunçularından komandadan ayrılan Emin Mahmudovdur. Elə bir problemin olacağını düşünmürəm. Əsas olan onların millilərdən hansı durumda qayıdacağıdır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"