Mahir Polşada bu etirafı ilə gündəm oldu: "DARIXIRAM"

22 Sentyabr 2021 12:40 Müsahibə 1 110
Mahir Polşada bu etirafı ilə gündəm oldu: "DARIXIRAM"

Azərbaycan millisinin və “Legiya”nın (Polşa) hücumçusu Mahir Emreli “Piłka Nozna” nəşrinə müsahibə verib.

Sportinfo.az həmin müsahibəni təqdim edir.

- Polşa xoşunuza gəlir?

- Klub, təlim-məşq bazamız ən yüksək səviyyədədir, Avropa Liqasının qrup mərhələsində oynayırıq. Heç nədən şikayət edə bilmərəm. Əlbəttə, ailəm və dostlarım üçün darıxıram. Bu, normaldır. İlk dəfədir ölkəmi bu qədər uzun müddətə tərk etmişəm. Amma Varşavada adaptasiya prosesi başa çatıb, özümü evdəki kimi hiss edirəm.

- Oyunlarda və küçələrdə arxasında sizin adınızın yazıldığı formaları geyinən azarkeşlər görürük…

- Doğrudan? Buna fikir verməmişəm (gülür). Təbii ki, zarafatdır. Həmin insanları mən də görümüşəm. Amma heç birini tanımıram. Bəlkə onlar Varşavada yaşayan azərbaycanlılardır? Bacım burda cəmi bir dəfə olub. İndi isə Azərbaycandadır. Tezliklə Polşaya qayıdacaq. Anam da mənim oyunuma gələcək.

- “Legiya”ya keçidinizdən sonra Varşavada yaşayan azərbaycanlılar sizinlə əlaqə saxlayıblar?

- Onlardan bir neçə təbrik və dəstək mesajı almışam. Həmin insanlarla münasibətləri yaxşılaşdırmağa çalışıram. Onlarla bir neçə dəfə ölkəmin ənənəvi yeməklərini dadıb həmyerlilərimlə söhbət edə biləcəyim Azərbaycan restoranında olmuşam.əyallarım var. Avropanın top-komandalarında çıxış edən ilk azərbaycanlı olmaq istəyirəm. Bunun üzərində səylə çalışıram.

- Polşa çempionatı inkişaf üçün Azərbaycan Premyer Liqasından daha yaxşıdır?

- Hər iki çempionatı bütövlükdə müqayisə etsəniz, Ekstraklasa daha yaxşıdır. Azərbaycan Premyer Liqasında 8, burda isə 18 komanda oynayır. Ekstraklasada hər kəs bir-birinə qalib gələ bilər. Bu, oyunları azarkeşlər üçün daha cəlbedici edir və onlara daha da zövq verir. Azərbaycanda isə digər komandalar üzərində dominantlıq edən və avrokubokların qrup mərhələlərində müntəzəm oynayan “Qarabağ” kimi çox güclü klub var.

Digər Xəbərlər
Xəbər Lenti