"Qarabağ"a qalib gəlib, uğursuzluğa son qoymağa çalışacağıq"

21 Sentyabr 19:00 Müsahibə 814
"Qarabağ"a qalib gəlib, uğursuzluğa son qoymağa çalışacağıq"

"Keşlə"nin yarımmüdafiəçisi Turan Vəlizadə Sportinfo.az-a müsahibə verib. Gənc futbolçu komandasının yaşadığı uğursuzluqdan və qarşıdakı oyunlara hazırlıqdan danışıb.

- Ardıcıl dördüncü oyunda da məğlubiyyət aldınız. "Keşlə"də nə baş verir?

- Komandamız yeni formalaşıb. Müəyyən qədər vaxta ehtiyac var. Çətin vəziyyətdən çıxmaq üçün əlimizdən gələni edəcəyik.

- Səncə, həmin lazım olan vaxt üçün daha neçə tur lazımdır?

- Biz komanda olaraq mübarizəmizi meydanda davam etdirəcəyik. Düşünürəm ki, növbəti turlarda uğursuzluğa son qoyacağıq.

- Bəzən yaxşı oyun oynayanda belə müsbət nəticə qazana bilmirsiniz. Uğursuzluğu həm də şanssızlığa bağlamaq olar?

- Bəli, bəzən futbolda belə şeylər baş verir. Amma biz bu uğursuzluğa son verməyə çalışacağıq.

- Növbəti rəqib "Qarabağ"dır. Düşünmürsən ki, uğursuzluğa son qoymaq baxımından heç də münasib rəqib deyil?

- Oyun öz meydanımızda olacaq. Matça yaxşı hazırlaşacağıq. "Qarabağ" ciddi rəqibdir, amma buna baxmayaraq inanıram ki, qalib gələcəyik.

- Belə ağır dönəmdə "Neftçi" və "Qarabağ" kimi komandalarla ardıcıl qarşılaşmağın özü belə "Keşlə" adına daha bir bədbinlik əlaməti sayıla bilərmi?

- İstənilən rəqibə qarşı eyni motivasiya ilə hazırlaşırıq. İstər "Neftçi" olsun, istərsə də "Qarabağ". Ardıcıl belə rəqiblərlə düşməyi sadəcə təsadüf saymaq olar. Heç bir komanda qara zolağa düşməkdən sığortalanmayıb. Odur ki, bunu bədbinlik yox, təsadüf kimi qiymətləndirirəm.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 03:00 AFFA-nın yeni qərarları
27 Noyabr 02:30 Koronavirusun yeni ştamı
27 Noyabr 01:10 4 cavabsız qol - VİDEO