"Azərbaycana gəlməyi geriyə addım saymıram" - MÜSAHİBƏ

6 Avqust 2021 13:00 Müsahibə 2 013
"Azərbaycana gəlməyi geriyə addım saymıram" - MÜSAHİBƏ

"Səbail"in yeni transferi və Litva millisinin üzvü Şımkus Domantas Sportinfo.az-a müsahibə verib.

- "Səbail"ə keçidin necə baş verdi?

- Komandanın baş məşqçisi mənə maraq göstərdi. Bu, mənim xoşuma gəldi. Başqa seçimlərim də vardı, amma "Səbail"i seçdim.

- Transferindən əvvəl ölkəmizdə oynamış litvadan olan əcnəbi futbolçulardan məsləhət almışdın?

- Bəli. Azərbaycanda oynamış dostlarım var. Hamısı ölkə və çempionat haqqında gözəl sözlər söylədi.

- Ölkəmizə gələnə kimi Azərbaycan futbolu haqqında nə bilirdiniz?

- Yaxşı çempionatınız var. Bir çox klublarınız Avropa kuboklarında yaxşı çıxış edir.

- "Səbail"də bundan sonrakı məqsədiniz nədir?

- İlk növbədə mümkün qədər yaxşı oynamaq istəyirəm. Və komandamın məqsədlərinə çatmasına kömək edib, fayda verməyə çalışacam.

- İsrail çempionatından bura gəlməyinizi geriyə addım saymaq olar?

- Xeyr. Mən belə düşünmürəm. İndi bütün fikirlərimi "Səbail" klubuna yönəltmişəm.

Xanoğlan İmanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA