Niderlanddan Masazıra gələn futbolçu: "Heç bir problem yaşamadım”

27 İyul 2021 17:00 Müsahibə 1 648
Niderlanddan Masazıra gələn futbolçu: "Heç bir problem yaşamadım”

Yeni mövsümə hazırlıqlarını Gürcüstanda davam etdirən "Sabah"ın yeni transferi Coy Lens Mikels Sportinfo.az-a müsahibə verib.

Masazır klubuna Niderland "Maastrixt"indən keçən və 2 illik müqaviləyə qol çəkən 27 yaşlı hücumameylli yarımmüdafiəçi hazırkı durumunu dəyərləndirib.

- Hazırlıq necə gedir?

- Hazırlığımız çox yaxşı gedir. Burda təlim-məşq üçün hər cür şəraitimiz var.

- Artıq "Sabah"la bir neçə yoxlama oyununa çıxmısınız. Komandaya tam uyğunlaşdığınızı demək olar?

- Əlbəttə, artıq tam uyğunlaşmışam. Komanda məni elə ilk görüşdən çox isti qarşıladı. Buna görə, uyğunlaşma baxımından heç bir problem yaşamadım.

- İlk təəssüratların necədir?

- İlk oyunumuz “Şukura”ya qarşı oldu. Bu oyun barədə çox şey deyə bilmirəm. Çünki həmin matçda 40 dərəcəyə yaxın olan isti hava şəraiti hər iki komandaya mane olurdu. Lakin buna baxmayaraq, həmin oyundan qələbə ilə ayrıldıq. Bundan əlavə, həmin matçı zədəsiz başa vurmağı bacardıq ki, məncə bu da mühüm amildir. Daha sonra “Samqurali” ilə çox maraqlı və yaxşı oyun keçirdik. Düzdür, məğlub olduq, lakin komanda olaraq bir çox şansımız oldu. Fikrimcə, bu cür oyunlar nəticədən daha çox, oyun komponentlərimizi inkişaf etdirmək baxımından daha mühümdür. Əsas odur ki, bu matçlarda hansı komponentlərdə öz üzərimizdə işləməli olduğumuzu bildik.

- Burada özünü necə hiss edirsən?

- Özümü çox yaxşı hiss edirəm. Formamı yavaş-yavaş bərpa edirəm. Qarşıdakı həftələrdə ən yüksək formama çatacam.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"