
Gürcüstan yüksək liqa təmsilçisi "Samtredia"dan ayrılan "Xəzər Lənkəran"ın yetirməsi İbrahim Qədirzadə "Kəpəz"ə transfer olunub.
23 yaşlı yarımmüdafiəçi bununla bağlı Sportinfo.az-a müsahibə verib.
- "Kəpəz"ə transferində əsas nə rol oynadı?
- "Kəpəz" yeni mövsüm Premyer Liqada oynamağa real namizəd komandadır. Seçimimdə bu məqam əsas rol oynadı.
- Yeni mövsüm "Kəpəz"in hədəf nə olacaq?
- Məqsədimiz yuxarı pillələrdə olmaqdır. Əsas iddiamız çempionluq olacaq.
- Gürcüstan yüksək liqasından Birinci Divizona keçidini geriyə addım saymaq olar?
- Geriyə addım atdığımı deməzdim. Təbii ki, mən də Premyer Liqada oynamaq istərdim. İndi irəli baxıram. Daha çox çalışıb, daha yüksək yerlərə getməyə nail olacam.
- "Kəpəz"dən başqa aldığın təkliflər vardımı?
- Konkret nəsə yox idi. Bəzi variantlar oldu. Amma qərarımı "Kəpəz"dən yana verdim.
- Artıq legioner həyatı yaşamaq kimi bir təcrübən var. Yenidən ölkə xaricinə getmək barədə düşünəcəksən?
- Təbii ki, düşünürəm. Zamanla buna yenidən nail olacağıma inanıram.
Xanoğlan İmanov