“Mənim üçün problem deyil, amma ad çəksəm…” - MÜSAHİBƏ

19 İyul 2021 19:00 Müsahibə 1 725
“Mənim üçün problem deyil, amma ad çəksəm…” - MÜSAHİBƏ

"Turan Tovuz"un icraçı direktoru Nadir Nəbiyev Sportinfo.az-a müsahibə verib.

- Komandanın baş məşqçi məsələsi nə yerdədir?

- Baş məşqçi ştatı hazırda boşdur. Yeni məşqçi isə hələ təyin olunmayıb.

- Sabiq çalışdırıcı İlham Yadullayev neçə müddətdir yola salınıb. Yeni təyinatın gecikməsi nə ilə bağlıdır?

- Gecikmə onunla bağlıdır ki, bir neçə variant var. Hazırda danışıqlar gedir. Uyğun variant axtarılır.

- Siyahıda kimlərin adları var?

- Mənim üçün problem deyil. Amma ad çəksəm, həmin mütəxəssislər üçün yaxşı hal olmaz.

- Düşünmürsünüz ki, belə yanaşma sanki əsas komandaya ciddiyətin azalmasını göstərir?

- Yox. Bu gün bizdə akademiya açılıb. Hazırda əsas komanda və akademiya birgə fəaliyyət göstərir. Son zamanlar bizdə 1 futbolçu yetişməyib. Bu şeyləri nəzərə almaq lazımdır.

- Bu cavab o anlama gəlirmi ki, yeni mövsüm heyət bütövlükdə gənclərdən qurulacaq?

- Xeyr. Ancaq gənc futbolçular olmayacaq. Amma əsas üstünlük cavan uşaqların komandaya cəlb edilməsinə veriləcək. Akademiyadan əsas komandaya uşaqların verilməsini istərdik.

- Əsas komandanın hazırlığa başlaması nə vaxtdan nəzərdə tutulub?

- Avqustun əvvəli komandanın toplaşması nəzərdə tutulub. Çünki çempionat sentyabrda başlanacaq. Ona görə də hələ vaxt var.

- Futbolçularla bağlı qərar nə vaxt veriləcək?

- Baş məşqçi gəlməlidir ki, heyətlə bağlı qərarın versin. Düzdü, gecikmə var. Amma yaxın günlərdə qərar verilməlidir.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti