Azərbaycanı tərk edən futbolçumuzun sözü var

17 İyul 2021 13:00 Müsahibə 1 701
Azərbaycanı tərk edən futbolçumuzun sözü var

Gürcüstanın "Samtredia" klubuna transfer olunan sabiq "Qarabağ"lı yarımmüdafiəçi Ruslan Hacıyev Sportinfo.az-a müsahibə verib.

- "Samtredia"ya transferin necə baş tutdu?

- Menecerim Vaqif Heydərli belə bir təklif olduğunu dedi. Düşündük ki, buradan digər ölkələrə çıxış şansı daha çoxdur. İnşallah, fikirləşdiyim kimi buradan Avropa klublarına getmək qismət olar.

- Digər azərbaycanlı futbolçumuz İbrahim Qədirzadə "Samtredia"dan yeni ayrıldı. Aranızda hər hansı söhbət olub?

- Hə, söhbətimiz olub. Necə futbol oynamaları, buranın necə yer olması barədə ətraflı danışdıq.

- Artıq komanda ilə məşqlərə başlamısan. İlk təəssuratların necədir?

- Komanda ilə bir neçə gündür məşqlərə qoşulmuşam. Hər şey yaxşıdır. Hələki fiziki hazırlığa daha çox üstünlük verirlər.

- "Səbail"dən ayrılandan sonra bir müddət komanda məşqlərindən kənar qaldın. İndi özünü necə hiss edirsən?

- Fərdi məşqlər edirdim. Amma komanda ilə məşq başqadır. Formaya düşməyə çalışıram. Hələ tam hazır deyiləm. İnşallah, tezliklə olacam.

- Ruslan, Gürcüstandan başqa təkliflərin vardı?

- Bəli, yerli klublardan təkliflər vardı. Sadəcə, buranı trampilin kimi gördüyümü üçün üstünlüyü bura verdim.

- Sirr deyilsə yerli klublardan hansılar dəvət göndərmişdi?

- Məncə, ad çəkməyim doğru olmazdı.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı