"Sabah"ın yeni transferi "Sportinfo"ya Messi ilə münasibətlərindən danışdı

13 İyul 2021 13:00 Müsahibə 1 634
"Sabah"ın yeni transferi "Sportinfo"ya Messi ilə münasibətlərindən danışdı

"Sabah"ın ispaniyalı yeni transferi, sabiq "Barselona"lı yarımmüdafiəçi Xuan Kamara ölkəmizdəki ilk müsahibəsini Sportinfo.az-a verib.

- "Sabah"a keçidində hansı detallar əsas rol oynadı?

- “Sabah”a gəlişim barədə nə deyə bilərəm? Təklif məndə çox müsbət təəssürat yaratdı və müsbət cavab vermək qərarına gəldim. Burda çox yaxşı qarşılandım. “Sabah”da olduğum üçün çox xoşbəxtəm.

- "Sabah"a kimi Azərbaycan futbolu ilə bağlı bildiyiniz nələrsə vardı, yoxsa "Sabah"ın dəvətindən sonra ölkəmizlə bağlı araşdırma apardınız?

- Avropada oynadığım zaman “Qarabağ” və “Neftçi” barədə eşitmişdim. Həmin vaxt bu komandalar barədə məlumatım var idi, ancaq başqa heç nə bilmirdim. “Sabah”dan təklif gəldikdən sonra Azərbaycan futbolu barədə ətraflı məlumat əldə etdim.

- Artıq bir neçə gündür ölkəmizdəsiniz. Paytaxt Bakının görüntüsü, mətbəximiz, insanlarımız səndə necə təəssurat yaranıb?

- Bakı məndə çox müsbət təəssürat oyatdı. Burda gördüklərimə heyran oldum – yaxşı küçələr, mehriban insanlar, hündür və gözəl binalar. İnanıram ki, burda möhtəşəm mövsüm keçirəcəm.

- Bir vaxtlar heyətində oynadığınız "Barselona"nın, birgə məşq etdiyiniz dünya ulduzu Messinin ölkəmizdə çox sayda fanatı var. Həmin fanatlara "Barselona" və Messi ilə bağlı nələri bölüşərdiniz?

- “Barselona”da keçirdiyim illər inanılmaz idi. Əsas komanda ilə bir çox məşqlərdə iştirak etdim və dünyanın ən güclü futbolçusu ilə oynamaq şərəfinə nail oldum. Messi ilə bir komandada olmaq başıma gələn ən gözəl hadisələrdən biri idi. Orda olduğum müddətdə bu cür dünya səviyyəli futbolçulardan çox şey öyrəndim.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti