"Nəyə desəz, and içə bilərəm ki..." - Adamiya Qafqaz derbisində favorit görmür

30 İyun 2021 20:40 Müsahibə 1 537
"Nəyə desəz, and içə bilərəm ki..." - Adamiya Qafqaz derbisində favorit görmür

2004-08-ci illərdə 94 matçda “Neftçi ”nin formasını geyinən Georgi Adamiya 29 dəfə onlara qol sevinci yaşadıb.

Hazırda Tiflisdə yaşayan veteran futbolçu ilə söhbətdə Çempionlar Liqasının “Dinamo” – “Neftçi” oyunundan danışdıq, komandaların şanslarını dəyərləndirdik.

Adətən, belə matçlardan öncə fikrini öyrəndiyimiz veteranlar, mütəxəssislər ehtiyatlı açıqlamalar verməyə, sualları daha çox diplomatik tərzdə cavablamağa çalışırlar.

Ancaq Adamiya bizlə səmimi danışdı, hər iki klubun üstün və zəif cəhətlərini vurğuladı.

- Bildiyin kimi, gələn ayın əvvəlində Çempionlar Liqasının ilk təsnifat mərhələsində “Neftçi” “Dinamo”nun qonağı olacaq. Bir həftə sonra isə tiflislilər Bakıya qonaq gələcəklər. Bu cütdə kimi favorit sayırsan?
- Tam səmimi deyirəm ki, favorit yoxdu. Şanslar 50-nin 50-yədi. Bizi qarşıda Qafqaz derbisi gözləyir. Зox istərdim ki, Qafqazın iki tanınmış klubunun oyunları dolu tribunalar önündə keçirilsin, azarkeşlər futboldan ləzzət alsın. Təssüf ki, pandemiya səbəbindən bu mümkün deyil. Buna baxmayaraq, bizi çox maraqlı, dramatik qarşılaşmalar gözləyir.

- “Dinamo”nun baş məşqçisi Kaxaber Sxadadze uzun müddət Azərbaycanda çalışıb, bizim klubları yaxından tanıyır. Bunu “Dinamo” ьзьn əlavə üstünlük kimi dəyərləndirmək olar?
- Kaxa bacarıqlı məşqçidi. Uzun illər ölkə xaricində çalışıb, müxtəlif klubların “sükanı arxasında” olub. Fikrimcə, onun uzun müddət Azərbaycanda çalışması bu gün üçün “Dinamo”ya əlavə üstünlük gətirmir. Birincisi, o artıq neçə ildi ordan ayrılıb və bu müddətdə “Neftçi” зox dəyişib. İkincisi, indi texnologiya əsridi. Kimə nə məlumat lazımdısa, kompüterin arxasına keçəcərək müxtəlif proqramlar vasitəsi ilə istənilən rəqibi öyrənə bilər. Odu ki, Sxadadzenin vaxtilə Azərbaycanda çalışmasını “Dinamo” üçün üstünlük saymayın.

- Gürcüstan çempionatı hazırda davam edir. Bəs bu məqamı “Dinamo” üçün üstünlük saymaq olar?
- Hazırda bizim çempionatın qızğın vaxtıdı. “Dinamo” hər həftə rəsmi oyuna çıxır. Bildiyimə görə, “Neftçi” hazırda Sloveniyada toplanışdadı. Etiraf edək ki, toplanış zamanı keçirilən yoxlama görüşlərinin heз biri rəsmi matçı əvəz edə bilməz. Lap rəqiblər güclü olsa da. “Dinamo”nun futbolçuları bu gün üçün optimal forma yığıb. “Neftçi”nin oyunçuları isə hələ o səviyyədə deyil. Lap heyətdə tanınmış dünya ulduzu olsun. Mövsümlərarası fasilədə istirahətdən qayıdan oyunçu ilə hər həftə meydana çıxan futbolçu eyni fiziki durumda ola bilməz. Bu məqamı “Dinamo”nun “Neftçi” qarşısında üstünlüyü kimi qəbul etmək lazımdı.

- “Dinamo”nun heyətində xüsusi seзilən, komandanı arxasınca apara biləcək futbolзu kimdi?
- Açığı, indi heyətdə beləsi yoxdu. “Dinamo” daha зox komanda oyununa ьstьnlьk verir. Heyət gənclərlə təcrübəlilərin vəhdətindən formalaşıb. Yeri gəlmişkən, “Dinamo”nun akademiyası çox yaxşı işləyir, klub öz yetirmələrinə sahib çıxır. Həmin gənclər də bir müddət doğma komandada çıxış edəndən sonra ölkə xaricinə üz tuturlar. Klub rəhbərliyi gənclərə güvənməklə, onlara oynamaq şansı yaratmaqla həm də qazanc əldə etməyi planlaşdırır. “Dinamo”nun heyətindəki gənclər ölkəmizin müxtəlif yaş qruplarının əsas heyət üzvləridi. Bir də xüsusi olaraq Levan Xarabadzeni qeyd etmək istəyirəm. Sol cinah müdafiəзisi bir ara Gürcüstanın ən perspektivli futbolçularından sayılırdı. Ancaq sonradan müəyyən səbəblərdən gözdən itmişdi. İndi yenə oyunu ilə diqqəti cəlb edə bilir. Komandanın lideri olmasa da, зox səviyyəli futbolзudu. Bəlkə də bir az ondan ehtiyatlanmaq lazımdı.

- “Dinamo”nun oyun sistemi barədə də nə deyə bilərsən?
- Deyəsən, məni “Dinamo” azarkeşləri ilə düşmən etmək istəyirsiz (gülür). Bütün sirləri açıb deyim? Təbii ki, bu zarafatdı. Yenə deyirəm, “Neftзi”nin məşqçiləri istənilən informasiyanı çətinlik зəkmədən əldə edə bilərlər. Birincisi, зempionatımız davam edir. İkincisi, bayaq dediyim kimi, bunun üçün dağa-daşa düşmək lazım deyil. Bu gün müxtəlif proqramlarla komandanın hansı sistemlə oynadığını, istənilən futbolзunun performansını görmək mümkündü. Yəqin onlar artıq yetərincə məlumat toplayıblar. Mən yalnız onu deyə bilərəm ki, sırf Qafqaz futboluna üstünlük verən “Dinamo” görəcəksiz. Ola bilsin, Sxadadze “Neftзi” ilə matз ьзьn fərqli taktikadan istifadə edə, rəqibə sürpriz hazırlamaq üçün dəyişiklilərə əl ata. Ancaq ümumilikdə “Dinamo”nun bəlli oyun sistemi var və ona da çox vaxt sadiq qalır.

- Tiflisdəki oyunu izləyəcəksən?
- Buna şübhən olmasın. Belə oyunu, “Qafqaz derbisi”ni kim qaçırar?! Ümid edirəm ki, həm “Dinamo”, həm də mənə doğma olan “Neftçi” bizə maraqlı 90 dəqiqə yaşadacaq. Düzü, bu komandaların Bakıdakı cavab görüşünə də baxmaq istərdim. Həm Bakıya baş çəkərdim, həm ordakı dostlarımla görüşərdim, həm də ikihissəli tamaşanın ikinci hissəsinə baxardım. Ancaq bildiyim qədər Azərbaycan hələ quru sərhədlərini açmayıb. Sərhəd bağlı olan halda ora yollanmağım qeyri-mümkündü. Lakin ola bilər ki, gələn ayın əvvəli yenilik olsun, siz də sərhədi aзasız. Bax, onda yüz faiz məni Bakıda görə bilərsiz.

- Sonda bəlkə yenə şanslar məsələsinə toxunaq? Hər halda, az da olsa, hansısa komandanı digərindən daha üstün saya bilərsən...
- Nəyə desəz, and iзə bilərəm ki, söhbətimizin əvvəlində tam səmimi fikrimi sizə söylədim. Hər iki komandanın növbəti mərhələyə keçmək şansı var. Dəqiq onu deyə bilərəm ki, həm burda, həm də Bakıda futbolsevərlər amansız mübarizəyə şahidlik edəcək. Artıq Gürcüstan klubları da avrokuboklarda nəticə qazanmaq barədə düşünməyə başlayıb. Klubları maliyyələşdirən sponsorlar məhz buna çalışırlar, baş məşqçilərin qarşısına ciddi tələblər qoyurlar. Mən belə deyərdim: kim güclüdüsə, növbəti mərhələyə adlamağı haqq edirsə, o da qalib gəlsin.

- Avropa çempionatına baxırsan?
- Bütün oyunlara olmasa da, əksəriyyətinə baxmışam və açığı, komanda sayının çoxluğu keyfiyyətli oyunların sayına təsir edib. İlk iki turda elə qarşılaşmalar oldu ki, adamın divanda oturub televizora baxmağa səbri çatmırdı. Məncə, bu qitə çempionatında sürpriz olmayacaq və favoritlərdən biri əsas mükafata sahib çıxacaq. Onların siyahısı isə dəyişmir. Ötən dünya və Avropa çempionatlarında kimlər iddialı göstərilirdisə, bu dəfə də həmin yığmalar diqqət mərkəzində olacaqlar. Mənim favoritimə gəlincə, konkret hansısa yığmaya azarkeşlik etmirəm. Mən daha çox maraqlı, gərgin və mübarizələrlə bol qarşılaşmalar izləmək istəyirəm. Texnikalı futbolçulara xüsusi simpatiyam var ki, bəzən məhz onlara görə hansısa görüşü izləyirəm. Fürsətdən istifadə edib azərbaycanlı futbolsevərlərə, ordakı dostlarıma salamımı yetirin. Зox sevinirəm ki, illər ötsə də, sizlər, onlar hələ də Adamiyanı unutmayıblar (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti