“Heç zaman uşaqlara deməmişəm ki, çıxıb bu oyunu udun”

29 May 14:40 Müsahibə 381
“Heç zaman uşaqlara deməmişəm ki, çıxıb bu oyunu udun”

Sportinfo.az “Səbail”in U-12 komandasının baş məşqçisi Mahmud Əhmədovun müsahibəsini təqdim edir.

- “Səbail”də sizə yaradılan şərait sizi qane edir?

- 4 ildir ki, burdayam. Azərbaycanda uşaqlara yaradılan şərait o qədər də ürəkaçan deyil. Bizim futbolun durumun fikirləşəndə burda da şərait yaxşıdır.

- Rəhbərliyin sizdən tələbi nədir?

- Mən 12 yaşlı uşaqlarla çalışıram. Hamı bilir ki, aşağı yaş qruplarından nəticə gözləmək lazım deyil. Nəticəni 17-19 yaş qruplarında tələb etmək lazımdır. Rəhbərlik indiyə qədər məndən nəticə tələb etməyib. Mirbağır İsayev daim bizə dəstək olub, uşaqların inkişafına təkan verməyə çalışıb. Məqsədimiz odur ki, uşaqları öyrədək. Yekun iclasımız da olub mövsümün sonundan sonra. Pandemiya ilə bağlı çempionat olmadı. Yoldaşlıq görüşləri keçirildi. Amma kifayət qədər oyun oynadıq. Bu mövsüm ən çox oyun keçirən komandayıq. 30 matç oynamışıq.

- Çempionat keçirilmədi. Əlavə turnir təşkil edib uşaqların vəziyyətini daha da yaxşılaşdırmaq olardı? - Avropada da turnirləri izləyirik. Orada daxili liqalarla yanaşı turnirlər keçirilir. Uşaq futbolu elədir ki, onlar nə qədər oyun keçirsə, yaxşı olar. Çünki balacalar futbola əylənmək üçün gəlir. Bütün uşaqlar stadiona gələndə soruşurlar ki, axşam futbol olacaq? Buna görə də daha çox oyun lazımdır.

- Uşaq futbolunda ən böyük problemlər nədir?

- Bizdə uşaqların yetişməsində məşqçinin vicdanı önəmli rol oynayır. İşinə məsuliyyətli yanaşan məşqçilərin tələbələri öyrənir, digərləri geri qalır. İspaniyada bir valideyn uşağını akademiyaya klubun adına görə aparırsa, bizdə məşqçiyə görə gətirir. Bu düzgün strategiya deyil.

- Valideyn amili sizin işinizə mane olur?

- Bilirsiz, böyük futbolda hər şeyi mətbuat işıqlandırır, məşqçilər mətbuata danışır. Bizdə bu funksiyanı valdeynlər yerinə yetirir. Lakin valideynlərin bir başqa cür problemləri var. Çünki əksəri düşünür ki, komandası qələbə qazansa, uşağı inkişaf edəcək. Bəzən məşqçi verdiyi tapşırıq başqa olur. Valideyn də evdə başlayır ki, uşağa sən qələbə qazan, səni filan yerə aparacam, filan şey alacam. Bütün bunlar uşaqlara mane olur. Azərbaycanda akademiyaların sayı çoxaldılmaldır. Uşaqları da valideynlərdən uzaqlaşdırmaq lazımdır. - Uşaqların evdəki həyatı ilə maraqlanırsız?

- 11-12 yaşlı uşağa heç kim zəmanət verə bilməz ki, ondan futbolçu olacaq. Öncə işim onları normal insan kimi yetişdirmək lazımdır. Ən önəmli odur ki, uşaqların savadı, biliyi olmalıdır. Avropada uaşq atasını kitab oxuyan görür, bizdə isə valideynlər dava edir. Uşaqlar özü seçməlidir.

- Millidə və ya Premyer Liqada oynayan sizin yetişdirdiyiniz futbolçu varmı?

- Mən 2014-cü ildə Zaqatalanın “Daşqın” klubunda işə başlamışam. Orada seçimləri özüm edirdim. Sonradan bəzi problemlər səbəbindən Bakıya gəldim. Həmin uşaqları da özümlə paytaxta gətirdim. Çünki onlar mənə bağlı idi. Onlardan 5-i “Qarabağ”, “Neftçi” və digər klublara seçildi. Onlardan biri Adəm Topalov hazırda U-17 yığmanın üzvüdür və “Səbail”in əsas heyətində debüt edib. İstedadlı futbolçudur.

- Azərbaycanda Elit məşq qrupu deyilən bir şey var. Bu uşaqların inkişafına təkan olacaq?

- Bu barədə məndə məlumat var. Uşaqların inkişafına təkan verəcək metoddur.Orada 2-2, 3-3, 4-4 oyunlar var. Bu matçlar aşağl yaş qruplarına dəstək olacaq. Digər tərəfdən uşaqları nəzarətdə saxlayırlar. Artıq ölkədə bilirlər ki, hansı uşaqlar yetişəcək. 14-15 yaşında uşaqlar milli komandaya cəlb baxımından üstünlük qazanacaqlar.

- Oradakı məşqçilərlə ünsiyyətiniz olub? Hansısa uşaqlar barədə xüsusi söhbət etmisiz?

- Aqil Nəbiyev bizim bir məşqdə olmuşdu. O, bizim akademiyadan 9 nəfərin adın Elit məşq-ə yazmışdı. Oraya ən çox bizim uşaqlar gedir deyə bilərəm. Bu o deməkdir ki, bizdən 9 uşaq milliyə namizəddir. Hansısa çatışmazlıq barədə bir fikir gəlməyib. Sadəcə mən soruşanda hansısa məlumat verirlər.

- Bu il üçün qarşınıza hansısa planlar qoyulub?

- Plan olaraq məqsədimiz odur ki, uşaqların hamısı inkişaf eləsin. Heç zaman uşaqlara deməmişəm ki, oyunu udun. Bunu hamı bilir. Onlara deyirəm ki, məşqlərdə işlədiyimizi çıxıb edin. Sadəcə fərdi inkişaf edib oynamalıdırlar. Futboldan həzz almalıdırlar. Təbii ki, uduzanda pis olurlar, amma onları ruhlandırmaq bizim işimizdir ( Newsport.az).

Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 16:50 Qəribə olay – FOTOLAR