"Oyundan sonra icra nümayəndəsi mənə yazmışdı ki, ..." - Nepalda oynayan azərbaycanlı

25 Aprel 2021 22:20 Müsahibə 1 218
"Oyundan sonra icra nümayəndəsi mənə yazmışdı ki, ..." - Nepalda oynayan azərbaycanlı

Azərbaycanlı futbolçu Nurlan Novruzov Nepalın "Lalitpur Siti" klubunda ilk oyununa çıxıb.

Nurlanın çıxış etdiyi komanda mövsümün açılış matçında paytaxtın digər təmsilçisi "Katmandu Rayzers"in qonağı olub. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Novruzov sonadək meydanda olub.

Nurlan Novruzov dübütü oyunu barədə Sportinfo.az-a müsahibə verib

- Nurlan Nepalda ilk rəsmi oyununa çıxdın. Oyunundan razı qaldın?

- İlk oyun hər zaman ağır keçir. Həm də ilk dəfə komanda bir yerdə oyuna çıxırdı. Növbəti oyun daha yaxşı olacağına inanıram".

- Cinahda oynamaq öz istəyin idi, yoxsa baş məşqçinin seçimi? Düşünmürsən ki, hücumda oynasan komandan üçün daha çox faydalı ola bilərsən?

- Məşqçinin qərardır, amma mənə yad mövqe deyil. Daha yaxşısını baş məşqçimiz bilər.

- Oyundan sonra baş məşqçi ilə hər hansısa söhbətin oldu?

- Dünən axşam taktiki anlamda bir az söhbət etdik. Orta oyunçularımız hücumlara qoşulmaqda bir az axsayırdı. Bu gün səhər taktiki məşqimiz oldu. Növbəti oyun daha yaxşısına ümid edirik.

- Bəs rəhbərlikdən səni axtaran oldu?

- Oyundan sonra komandamızın təmsil olunduğu şəhərin icra nümayəndəsi mənə yazmışdı ki, "niyə uduzduz?"

- Belə bir zəng gözlənilməz olmadı?

- İlk dəfədi belə halla üzləşirəm. Məşqçi qalıb qıraqda, hamı iradını mənə bildirir. Çox şey gözlədiklərin başa düşürəm. Yəni çempionluqdan başqa heç nə düşünmürük.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti