“O, qısa müddətdə “Sabah”a özünəinamı qaytarmağı bacardı”

6 Aprel 2021 20:20 Müsahibə 677
“O, qısa müddətdə “Sabah”a özünəinamı qaytarmağı bacardı”

"Sabah"ın serbiyalı müdafiəçisi Filip İvanoviç Sportinfo.az-a müsahibə verib.

- “Qəbələ” ilə oyun barədə nə deyə bilərsən?

- Uzun fasilədən sonra bizim üçün vacib olan xalları qazanmağı bacardıq. Bu, komandada özünəinamı bərpa etmək baxımından çox vacib idi. Bu qələbə son vaxtlarda olan gərgin çalışmalarımızın əməli nəticəsidir.

- Bu oyunda “Sabah”ın heyətində Premyer Liqada 50-ci oyununu keçirdin. Bu barədə nə deyə bilərsən?

- Bu faktla fəxr edirəm. “Sabah”ın ürəyimdə xüsusi yeri var və hamı bu kluba nə qədər bağlı olduğumu bilir. Özümü heç vaxt komandadan ayrı tutmamışam, buna görə, bu yalnız xoş statistik rəqəm olaraq qalacaq.

- “Sabah”da çıxış etdiyin müddətdə ən yaddaqalan oyunun hansı olub?

- Hər oyun özlüyündə bir hekayə, yeni bir təcrübədir. Hər oyunumuza böyük motivasiya və həvəslə çıxıram. “Sabah”la qazandığım hər bir qələbə mənim üçün əzizdir. Buna görə, hansınısa fərqləndirmək istəməzdim.

- Komanda uzun fasilədən sonra qalib gəldi. Necə düşünürsən, bunu davam etdirmək mümkün olacaq?

- Yeni baş məşqçimizin gəlişi komandanın oyununa yaxşı mənada təsir etdi. Ramin Quliyev tam dəstəyə layiq mütəxəssisdir. O, qısa müddətdə komandada özünəinamı qaytarmağı bacardı. Hələ qarşıda oyunlarımız, qazanılacaq xallarımız var. İnanıram ki, oyundan-oyuna daha yaxşı nəticələr qazanacağıq.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!