"Neftçi" ilə oyun ciddi hazırlaşırıq"

5 Aprel 2021 22:40 Müsahibə 647
"Neftçi" ilə oyun ciddi hazırlaşırıq"

"Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov Sportinfo.az-a müsahibə verib.

- "Sabah"a məğlubiyyətiniz gözlənilməz oldu. Uğursuz nəticəyə nə səbəb oldu?

- Uduzulası oyun deyildi. Rəqib sıfır şansla bir qol vurub qələbə qazandı. Bizim yaxşı imkanlarımız oldu. Əsas da ikinci hissə üstünlüyümüz oldu. Dünən bizim məğlubiyyətimiz fonunda əsas rəqibimiz "Sumqayıt"ın da qələbə qazanması komandaya pis təsir elədi.

- Yaradılan qol epizodlarını qaçırmaq vərdişiniz davam edir. Amma bu məqam komandanın oyun intizamına əsla təsir etmir. Bu ruhu necə qoruyub saxlaya bilirsiniz?

- Bu baş məşqçinin əl işidir. Oyundan öncə tapşırıq verilir ki, qol buraxsaq və ya qol vursaq da oyun nizamını pozmaq olmaz. Amma buna baxmayaraq çox qol imkanların qaçırırıq. Biz imkanlarımızı boşa veririk, amma rəqib imkanı olmadan bizi udur.

- Növbəti tur rəqib "Neftçi" olacaq. Belə məğlubiyyətdən sonra toparlanmaq çətin olmayacaq?

- Belə məğlubiyyətdən sonra növbəti oyuna hazırlaşmaq çox da çətin deyil. Əsas ruh düşkünlüyü yoxdur. Oynamadan uduzmamışıq. Yaxşı oyunla uduzmuşuq. Ən azından belə oynasaq, hər bir rəqibdən xal ala bilərik.

- "Sumqayıt"ın bu tur "Neftçi"ni məğlub etməsi sizə biz də uda bilərik deyə əlavə stimul verirmi?

- Əlbəttə, uda bilərik. "Neftçi" ilə oyunlarda yaxşı çıxış etmişik. Hətta 4-1 uduzduğumuz görüşü 3-0 uda bilərdik. "Neftçi" ilə oyuna ciddi hazırlaşırıq. Qələbə üçün oynayacağıq. Çünki avrokuboklara getmək üçün bizə qələbə çox lazımdır.

- Avrokuboklar uğrunda əsas rəqibiniz olan "Sumqayıt" turnir cədvəlində sizi 6 xal qabaqlayır. Xal fərqini aradan qaldırmaq çətin olmayacaq?

- Mübarizə hələ qabaqdadır. Hər birimizi çətin oyunlar gözləyir. Onu da nəzərə alaq ki, bizim "Sumqayıt"la öz aramızda oyunumuz var.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"