Samir Abasov: "2-3 oyun uduzandan sonra hamısı yaddan çıxacaq"

13 Mart 2021 11:40 Müsahibə 964
Samir Abasov: "2-3 oyun uduzandan sonra hamısı yaddan çıxacaq"

"Neftçi"nin baş məşqçisi Samir Abasov Sportinfo.az-a müsahibə verib.

- "Qarabağ"la oyunda yüksəldiyiniz lirderlik artıq 4 turdu davam edir. Liderliyə yüksəlmək çətin oldu, yoxsa orada qalmaq çətindir?

- Məncə, qalmaq çətindir. "Qarabağ"la qarşılaşmanı deyirsizinizsə, bu, bir oyundan ibarətdir. Həmin oyunu uda da bilərsən, uduza da. Amma liderlik mövqeyində qalmaq həddindən artıq çətindir. Düşünürsən ki, bir oyun uduzsan, sənin gələcəyin necə olacaq.

- Çempionluğun 9 addımlığındasınız. Sizi bu zirvədən hansı səbəblər ayıra bilər?

- Çox sadə vəziyyətdə itirəcəyimiz xallar bizim vəziyyətimizi pisləşdirəcək. Biz demirik ki, uduzmayacağıq. Bu futboldu, hər şey ola bilər. Hər itirdiyimiz xal bizə pis təsir edəcək. Düşünmürük ki, hansısa oyunu uduzarıq. Hər həftə baş tutacaq oyunumuza baxırıq. Çox çətin sualdı. Hər itirdiyimiz xal komandanı zirvədən ayıracaq, bizi stresə salacaq. Amma bunları aradan qaldıracağıq. Doğrudan da, bu haqda düşünmürük.

- Mövsümün gedişində komandaya gəldiniz. Kubokdakı uğursuzluğu kənara qoysaq, Premyer Liqada gözləniləndən də uğurlu çıxış edirsiniz. Sizin üçün də belə çıxış gözlənilməz oldu, yoxsa "Neftçi"də bu potensialı görürdünüz?

- Rəhbərliyin adından danışmaq çətindir. Amma özümüz bura gələndə plan cızırdıq ki, hər oyuna komandanı hazırlayaq. Qələbə ruhunu komandaya aşılaya bilək. Hər oyuna sonuncu oyun kimi baxaq. Məqsədimiz bu idi. Gecəmizi gündüzümüzə qatıb, bütün işimizi kənara atıb komandanı oyunlara hazırlamağı fikirləşirdik. Həddən artıq "Neftçi"yə qarşı çox fikirlər, suallar vardı. Onları da yavaş-yavaş aradan qaldırmağa çalışdıq. Düşünürəm ki, nələrisə edə, kimlər üçünsə çox şey edə bilməsək də, amma qələbə ruhunu komandaya aşılaya bilmişik. Hər oyunu udduqca da bu öz təsirini göstərir. Ən azından bunları etmişik. 8 oyun udduğumuzu deyirsiniz, amma bu gün onlar yaddan çıxıb. İlin sonunda nəticəyə baxılacaq. 2-3 oyun uduzandan sonra hamısı yaddan çıxacaq. Əsas bundan sonra edəcəklərimizdir.

- Ümumiyyətlə, "Neftçi"yə gəlişinizdə ilk nələri dəyişdiz ki, məhz həmin amillər uğurlu çıxışda əsas rol oynadı?

- Bununla öyünmürük. Bəlkə bu, kənardan da açıq-aşkar görsənir. Hər bir oyunçunun özünə məxsus olan keyfiyyətini sıxılmadan, rahat şəkildə meydançada qoymasına zəmin yaratdıq.

- İlk 10 oyununuzda 8 qələbəyə sevindiniz. Arxada qalan 9 turda hansı nəticə sizin üçün məqbul sayılacaq?

- Hər birini udsaq, son dövrlər üçen Azərbaycan futbolundan yaxşı bir iş görmüş olarıq. Tək "Neftçi" üçün yox, həm də bu intriqanı son tura saxlamaqla Azərbaycan futbolu üçün də gözəl bir gün yaşamış olarıq. Bunu qoruyub saxlamağa çalışırıq.

- Qarşıdan "Səbail" ilə oyun gəlir. Cəza səbəbindən Mbodc və Emin Mahmudovun olmaması nə kimi çətinlik yaradan bilər?

- Mənim üçün hər bir oyunuçumuzu itirmək böyük itkidir. Amma "Qəbələ" ilə oyun öncəsi 4 itkimiz vardı. Sonuncu məşqdə Sabir Buqrin də zədələndi və say 5 oldu. Yəni bu çətinlikləri görmüşük. Əl-qolumuzu buna görə yanımıza sallayası deyilik. Düzdür, nələrisə dəyişib, optimal heyətlə oyuna çıxmalıyıq. İnşallah bunu da bacararıq.

- Son 2 oyunda əvəzlənmədən oyuna yaxşı qoşulan Mirabdulla Abbasovu qarşıdakı turlar əsas heyətdə görə bilərikmi?

- Mirabdulla öz üzərində həttindən çox çalışır. Məni də razı salan odur ki, tək Mirabdulla yox, 5-10 dəqiqə şans alanlarla bərabər bütün futbolçular çalışır. Ümumiyyətlə, biz işlədiyimiz dönəmdə ilin əvvəlindən ehtiyat skamiyada oturub, 1-2 oyuna çıxan futbolçu olmayıb. Hər zaman şans verilib. Sadəcə bu rəqibə görə dəyişə bilər. Son oyunda düşündük ki, nominal hücumçusuz oynayaq. Sevindirən odur ki, futbolçular özləri əl-qolunu sallamır. Hamısı hazır vəziyyətdədir. Ola bilər oynasın, ola bilər digər görüşlər oynasın. Mirabdullaya inanırıq və bu belə də davam eləməlidir.

- Samir müəllim, "Neftçi" azarkeşlərinin futbolumuzda xüsusi yeri var. Düşünmürsünüz ki, bu gün onlar tribunada olsaydılar, çempionluq yolunuz daha da rahat olardı?

- Bunu şəxsən özüm həttindən artıq istəyirəm. Bu haqda dəfələrlə demişəm. Fikirləşirəm ki, xarakter olaraq azarkeşlərimizlə bir-birimizi tamamlayırıq. Amma bəzi məqamlar vardı ki, bəlkə də xeyrimizə oldu. Bu pis başa düşülməsin. Məsələn, yeni gələndə futbolçular təzyiq altındaydılar. Düşünə bilərdilər ki, uduzaram azarkeşimdən mənə söz gələr. Amma fikirləşirəm ki, azarkeşlərimiz bizə çox lazımdır. Onlara böyük ehtiyacımız var. Ümid edirik ki, bu intriqanı saxlayıb, son turda onları tribunadı görmək istəyirik. Bu da olmasa, səbrsizliklə onları gözləyirik.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"