“Xəzər Lənkəran”ı yenidən yaşıl meydanlarda görə biləcəyik"

11 Fevral 2021 19:40 Müsahibə 1 734
“Xəzər Lənkəran”ı yenidən yaşıl meydanlarda görə biləcəyik"

Sportinfo.az müğənnı Elnur Valehin müsahibəsini təqdim edir:

- Elnur bəy, idmana münasibətiniz necədir?

- Çox yaxşı. Atalarımız nahaq yerə "sağlam bədəndə sağlam ruh olar” kəlamını işlətməyib.

- Hansı idman növlərini sevirsiniz?

- Əsasən futbolu sevirəm və vaxt tapan kimi izləyirəm.

- Xarici ölkədəki klublara azarkeşlik edirsiz, yoxsa bizim klublara?

- Açığı mənim demək olar ki, əksər ölkələrdə sevərək izlədiyim komandalar var, amma ən sevdiyim xarici komanda "Real"dır. Yerli komandalardan isə əlbətdə ki, "Xəzər Lənkəran”a azarkeşlik edirdim. Çox təəssüf ki, bu gün komandamız faəliyyət göstərmir. Ümid edirəm ki, bir gün "Xəzər Lənkəran”ı yenidən yaşıl meydanlarda görə biləcəyik.

- Sizcə bu mümkündür?

- Niyə də yox? Lənkəranlılar futbolu çox sevirlər. Əminəm ki, bir gün böyük futbol Lənkərana qayıdacaq. "Xəzər Lənkəran” Azərbaycan futboluna çox şeylər bəxş elədi.

- Məsələn nə bəxş elədi?

- Birinci növbədə "Xəzər Lənkəran”ın yaranması ilə Azərbaycan futbolunun səviyyəsi yüksəldi, futbolçuların yüksək maaş almasında da bu klubun böyük rolu oldu. Məhz bu klub ilk dəfə olaraq xaricdən bahalı transferlər etməyə başladı, halbuki, bahalı legionerlər ölkəmizə gəlməkdə tərəddüd edirdilər. Hər şeyi saymaq olmur, amma hamı bilir ki, "Xəzər Lənkəran” Azərbaycan futboluna çox şey verdi.

- Belə çıxır ki, ölkəmizdə daha heç bir klubun oyunlarını izləmirsiniz?

- Desəm yox yalan olar. İmkan olduqda "Qarabağ”ın avrokubok oyunlarını fəxarət hissi ilə izləyirəm.

- Azərbaycan futbolunun bu günkü vəziyyətini necə qiymətləndirirsiz?

- Qəlb qırmağı sevmədiyim üçün bu haqda danışmaq istəmirəm. Ümid edirəm bir gün hər şey öz yoluna girəcək.

- Aydındır. Messi, yoxsa Ronaldu?

- Əlbətdə Ronaldu!

- Müğənni olmasaydınız idmanın hansı sahəsində uğur qazana bilərdiniz?

- Karatedə.

- Niyə məhz karatedə?

- Çünki həddindən artıq arığam. Rəhmətlik Bryus Li də arıq idi. (Gülür)

- Bəs futbolçu olmaq istəməzdiniz?

- Futbolu kənardan izləmək və rəy bildirmək daha asandır, amma o meydanda canlı oynamaq həddindən artıq çətindir (fanat.az).

Digər Xəbərlər
Xəbər Lenti