Aygünün, Röyanın mühafizəçisi işləmiş idmançı: “Kuryer işi varsa, deyin, gedim işləyim”

27 Yanvar 2021 21:00 Müsahibə 3 033
Aygünün, Röyanın mühafizəçisi işləmiş idmançı: “Kuryer işi varsa, deyin, gedim işləyim”

“Xırdalanda zalımız var. Zallar bağlı olduğundan, işsiz, idmansız qalmışıq. Özüm Röya, Aygünün, Talıb Talenin mühafizəçisi olmuşam. Onları konsertlər zamanı mühafizə etmişəm”.

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a pauerliftinq idmanı ilə məşğul olmuş Emil İsmayılov deyib.

O, işsiz olduğu üçün ötən ay dövlətdən 190 manat maaş alıb. Lakin yanvarda maaş verilmədiyi üçün pis vəziyyətdə qalıb. E.İsmayılov hətta fəhlə kimi işləmək istədiyini bildirib:

“İndi işsizlikdən müğənnilərə müraciət etmişəm ki, yanınızda mühafizəçi kimi işləyim. Deyirlər ki, toylar yoxdur, səni hara götürək?!

Hətta bəzi elan saytlarına da mühafizəçi kimi reklamımı qoymuşam ki, bəlkə kiməsə lazım olaram. Heç kimdən xəbər yoxdur. Kuryer işi varsa, deyin, gedim işləyim. 37 yaşım var.

Bir-iki dəfə marketdə fəhlə işləmək istədim. Mənə dedilər ki, ayıbdır sənin üçün, bu iş sənlik deyil. 600 manata işləyən adamam, indi 250 manata iş axtarıram.

Müğənnilərlə işləyəndə günə 20-30 manata alırdıq. Gecə klubunda, diskotekada işləyəndə daha çox qazanırdıq”.

Qeyd edək ki, pauerliftinq üzrə dünya və Avropa çempionu Ramil Əhmədov idman zalları bağlı olduğundan, işsiz qalmaması üçün bir müddət kuryer işləyib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"