"Gələn əcnəbilər mənim kimi oynayacaqsa, elə mən varam da"

8 Yanvar 2021 20:20 Müsahibə 1 102
"Gələn əcnəbilər mənim kimi oynayacaqsa, elə mən varam da"

"Keşlə"nin müdafiəçisi Tərlan Quliyev Sportinfo.az-a müsahibə verib.

- Tərlan, artıq hazırlıqlara başlamısınız. Toplanış necə keçir?

- 5-6 gündü hazırlıqlara başlamışıq. Demək olar gündə iki məşqimiz olur. Səhər məşqləri fiziki hazırlıq, axşam məşqləri isə topla çalışmalarla keçir. Hər şey ümumi olaraq yaxşıdır.

- "Keşlə" qış fasiləsinə kimi son 4 turu qələbəsiz başa vurdu. Fasilə öncəsi belə uğursuzluq toplanışdakı ab-havaya mənfi təsir göstərir?

- İstər-istəməz bunun mənfi təsiri olur. Mənim dildə təsir eləmir deməyimlə deyil. Amma uğursuz çıxışda səbəblər də var. Çempionatın gedişində 3 legionerimizlə yollar ayrıldı. Koronavirusa yoluxan futbolçularımız oldu. Baş məşqçimizin xəstəxanaya düşməsi və klubdan ayrı qalması bunrda rol oynadı. Bunun da öhdəsindən özümüz gələ bilərik. Yumuruq kimi bir olub, belə vəziyyətdən çıxmalıyıq. Ən asası əziyyət çəkib, vuruşmaq lazımdır.

- Səncə, dediyin kimi bir yumruq olub fasilədən sonra uğurlu çıxış etmək mümkün olacaq?

- Bəli, mümkün olacaq. Ancaq heyətin də güclənməyə ehtiyacı var. Səviyyəli əcnəbi və yerli transferlər lazımdır. Gələn əcnəbilər yerlilərdən ən azı bir baş üstün olmalıdır. Gəlib komandaya köməkləri dəysin. Yox, mənim kimi oynayacaqlarsa, elə mən və başqa yerli futbolçular var da ... Elə bil artıq pullardı, havaya xərcləyirsən. Yaxşı əcnəbilər gəlməlidir ki, heyətdə rəqabət yaransın. Avropa Liqasına getmək istəyiriksə, bu rəqabət komandada mütləq lazımdır. Onda nəticə də olacaq.

- Toplanış müddətində rəqibləriniz 2 yoxlama görüşü keçirəcək, amma "Keşlə" 1 oyunla kifayətlənəcək. Bunun komandanın çıxışına mənfi təsiri olacağını düşünmürsən?

- Əlbəttə ki, bu çıxışımızda müəyyən axsama yaradacaq. Oyun vacibdir. Oyunla məşq eyni deyil. Minimum 2 oyun olmalıydı. Yoxlama görüşlərində zəif nöqtələri görmək olur.

- "Keşlə" ilk 3 turda qapısını toxunulmaz saxlasa da, sonradan çox sayda qollar buraxdı. İndi isə çempionatda ən çox qol buraxan komandalar arasında "Keşlə" ilk sıradadır. Bir müdafiəçi kimi bunun səbəblərini nədə görürsən?

- Çempionat başlayanda komanda normal formalaşmışdı. Stabil çıxış edir, yaxşı mubarizə aparırdıq. İlk turda da qələbə qazanmışdıq. Belə başlanğıc istər-istəməz kollektivdə yüksək motivasiya yaratmışdı.

- Çempionatın sonunda hansı nəticə hazırkı "Keşlə" üçün uğur sayılacaq?

- İndiki məqamda ən azı 4-cü yer uğurunda mübarizə aparmaq olar. Amma çempionatın əvvəlində oyunumuz göstərirdi ki, ilk üçlükdə olmaq olar. Hətta 2-ci yeri belə tuta biləciyimizi düşünürdüm. Amma indi saydığım problemlər bizi hazırkı vəziyyətə gətirib çıxartdı.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti