Yığmamızın iki siması Premyer Liqaya qızıl və bürünc rəng qatdı - FOTO

27 Yanvar 2020 09:14 Karate 591
Yığmamızın iki siması Premyer Liqaya qızıl və bürünc rəng qatdı - FOTO

Parisdə Karate1 Premyer Liqa turniri keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvlərindən ikisi bu turnirdə yaxşı nəticəyə imza atıb.

İrina Zaretska (-68 kq) yarışı qızıl, Rafiz Həsənov (-67 kq) isə bürünc medalla başa vurub. Olimpiadaya lisenziya verən reytinq xalları qazandıran turnirdə 92 ölkədən 703 karateçi iştirak edir.

İrina Zaretska - Endrin Hilton (Norveç) 2:0

İrina Zaretska - Andriana Vasoviç (Serbiya) 8:0

İrina Zaretska - Qonq Li (Çin) 3:0

Yarımfinal

İrina Zaretska - Kayo Someya (Yaponiya) 5:0

Final

İrina Zaretska - Feryal Abdelazez (Misir) 3:0

Rafiz Həsənov - Əmir Mehdizadə (İran) 2:1

Rafiz Həsənov - Luka Mareska (İtaliya) 1:4

Təsəlliverici görüşlər

Rafiz Həsənov - Marvin Qarin (Fransa) 4:3

Rafiz Həsənov - Jihvan Li (Koreya) 2:0

Bürünc medal görüşü

Rafiz Həsənov - Vinisius Fiqueyra (Braziliya) 4:2

Digər Xəbərlər
Xəbər Lenti