Axı niyə belə oldu? - FOTO

8 May 2021 19:40 Güləş 1 336
Axı niyə belə oldu? - FOTO

Azərbaycanın qadın güləşçisi Elis Manolova Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat Turnirində final görüşünə çıxmayıb.

Sportinfo.az xəbər verir ki, bu səbəbdən 68 kq çəki dərəcəsində çıxış edən idmançıya texniki məğlubiyyət verilib.

O, gümüş medalla kifayətlənib. 25 yaşlı güləşçi həlledici qarşılaşmada Mimi Xristova (Bolqarıstan) ilə üz-üzə gəlməli idi.

Manolova finala yüksəlməklə, Tokio olimpiadasına vəsiqəni təmin edib.

Digər Xəbərlər
Xəbər Lenti