
Futzal Azərbaycan millisi 2024-cü il dünya çempionatının elit-raund mərhələsinin A qrupunun 4-cü turu çərçivəsində Qazaxıstanla qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi kollektiv rəqibinə bu dəfə də uduzub.
Millimiz hesabda 2:0 önə keçsə də, qazaxlar "come back" edərək qələbə qazanıb.
Qazaxıstan – Azərbaycan (2:2) 3:2
Qollar: Leo, 12:32, Birjan Orozov, 17:16, Duqlas, 21:33// Amadeu: 3:05, Qallo, 7:59
Sarı vərəqələr: Eduardo Borges, 37:22, Qallo, 39:59
Astana, Jekpe Jek.
Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvo Tsenov
(Hakimlər briqadası Bolqarıstandandır)
Hakim-isnpektor: Silvo Borosak (Sloveniya)
UEFA nümayəndəsi: Morten Engebretsen (Norveç)