"Hamısı yoxlanılacaq və hər kəsdən tələb edəcəyik ki..."

7 Mart 2020 13:40 Digər növlər 1 102
"Hamısı yoxlanılacaq və hər kəsdən tələb edəcəyik ki..."

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə gündəmi məşğul edən mələlərə toxunub.

Sportinfo.az xəbər verir ki, MOK rəsmisi bəzi turnirlərin təxirə salınmasının idmançıların hazırlıq planına təsir edəcəyini söyləyib:

"BOK-un ardıcıl iki gün iclası olub. Orda koronavirus məsələsinə də baxılıb. Tokio Olimpiadası təxirə salınmayacaq, azarkeşsiz keçirilməsi də nəzərdə tutulmur. Hər şey nəzarət altındadı.

Olimpiada nəzərdə tutulduğu kimi təşkil olunacaq. Təxirəsalmalar idmançılara təsir edəcək. Amma bu nə bizdən, nə də başqa şəxslərdən asılıdı. Bu üzdən yarışlardan hansısa təxirə salına və ya daha təhlükəsiz yerlərə keçirilə bilər. Amma hamısı baş tutacaq. Nəzərdə tutulan bütün tədbirlər keçiriləcək".

Hüseynzadə koronavirusun geniş yayıldığı İtaliyanın idmançılarının martda Bakıda keçiriləcək karate üzrə Avropa çempionatında iştirakı ilə bağlı isə bunları deyib:

"Bakıya gələn hər bir insan yoxlanılacaq. Hər kəsdən tələb edəcəyik ki, sağlamlıq haqda arayışla gəlsin. Sərhəddə hamı yoxlanılacaq. Sağlamdısa, yarışa qatılacaq, sağlam deyilsə, hansısa şübhəli məqam varsa, ya geri qaytarılacaq, ya da karantində saxlanılacaq. Bu bizim istəyimiz yox, Ümumdünya Səhiyyə Təşkilatının tələbidi".

Digər Xəbərlər
Xəbər Lenti