"Böyük Dəbilqə" başlayır

21 Fevral 10:23 Cüdo 136
"Böyük Dəbilqə" başlayır

Bu gün Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürəcək.

Sportinfo.az xəbər verir ki, ilk yarış günündə milli komandamızın 8 idmançısı mübarizəyə qoşulacaq: Kişilərdə 60 və 60 kq, qadınlarda isə 48, 52 və 57 kq çəki dərəcələrində.

60 kq-da Kəramət Hüseynov ilk görüşündə Pedro Nayr Qarsiya (Anqola) ilə, eyni çəkidəki Oruc Vəlizadə Dilmer Kalle (Peru) ilə üz-üzə gələcək.

Orxan Səfərov və Nicat Şıxəlizadə 66 kq-da mübarizə aparacaqlar. Onlar ilk görüşlərində müvafiq olaraq Denis Vieru (Moldova) və İmad Bassu (Mərakeş) ilə qarşılaşacaqlar.

Qadınlardan 48 kq çəkidəki Aişə Qurbanlı 1/16 finalda Yeonju Oh (Cənubi Koreya) ilə, Leylа Əliyeva isə 1/32 finalda Luz Alvarezlə (Kolumbiya) görüşəcək.

52 kq-da Gültac Məmmədəliyeva 1/32 finalda belçikalı Rihöllə (Belçika) üz-üzə gələcək.

Xəbər Lenti