Avropa kubokunda 2 qızıl 1 bürünc medal qazandılar - FOTOLAR

24 Aprel 2022 10:20 Cüdo 625
Avropa kubokunda 2 qızıl 1 bürünc medal qazandılar - FOTOLAR

Azərbaycan cüdoçuları Xorvatiyanın Dubrovnik şəhərində keçirilən böyüklər arasında Avropa kuboku turnirinin ilk yarış gününü 2 qızıl və 1 bürünc medalla başa vurublar.

Sportinfo.az xəbər verir ki, qızıl medalları komandamızın aktivinə İsmayıl İbrahimov (66 kq) və Nəriman Mirzəyev (73 kq) yazdırıblar.

Həlledici mərhələdə İ. İbrahimov (66 kq) italiyalı rəqibi Leanardo Valeriyanini, Nəriman Mirzəyev (73 kq) İtaliyanın digər idmançısı Qabriyele Sullini məğlub ediblər.

Komandamızın digər üzvü Nazir Talıbov (60 kq) isə bürünc medal qazanıb. O, üçüncü yer uğrunda mübarizədə niderlandlı Bart Velinqə qalib gəlib.

Azərbaycan iki gün davam edəcək bu turnirə 10 cüdoçu ilə qatılıb. Avropa kuboku yarışında 25 ölkədən 300-ə yaxın cüdoçu iştirak edir/



Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”