Elxan Məmmədovun qardaşı nazir postuna gətirilir?

28 May 2020 20:20 Azərbaycan Futbolu 2 000
Elxan Məmmədovun qardaşı nazir postuna gətirilir?

AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov sevinc içindədir.

Sportinfo.az-ın məlumatına görə, ona yaxın çevrə qardaşının ən qısa zamanda mədəniyyət naziri təyin ediləcəyini gözləyir.

Elxan Məmmədova bağlı dairədə heç kim şübhə etmir ki, Əbülvəz Qarayevdən boşalan postu məhz Emin Məmmədov tutacaq. AFFA-nın bir nömrəli şəxsinin bu münasibətlə ziyafət verməyə hazırlaşdığı da söylənilir.

Emin Məmmədov 1970-ci ildə Bakı şəhərində anadan olub. Hazırda Bakıda yaşayır və işləyir. 2011-ci ildən Heydər Əliyev Fondunun, 2013-cü ildən isə Heydər Əliyev Mərkəzinin bədii müşaviridir.

Həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Qrafika” şöbəsində dərs deyir. 2012-ci ildə “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Azərbaycanda və Avropanın bir çox şəhərlərində keçirilmiş sərgilərə kuratorluq edib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da