Asmir Beqoviç: "Şadam ki, "Qarabağ"a gəlmişəm"

15 Sentyabr 2019 23:10 Azərbaycan Futbolu 524
Asmir Beqoviç: "Şadam ki, "Qarabağ"a gəlmişəm"

"Qarabağ"ın yeni transferi Asmir Beqoviç Premyer Liqanın IV turunda evdə "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdiyi oyundan sonra Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb. Bosniya və herseqovinalı qolkiper əvvəlcə Ağdam təmsilçisində debüt matçını şərh edib.

- Böyük gecə, klub üçün çox önəmli matç idi. Əsas olan qələbə idi, onu da qazandıq.

- Bizdə tez-tez deyirlər ki, Azərbaycana tanınmışfutbolçu gətirmək çox çətindir. Maraqlıdır, sizi bura gəlməyə necə razı saldılar? Azərbaycan çempionatında 8 komanda mübarizə aparır. Bu amil sizə marasız gəlmədi?

- Son illərdə “Qarabağ” barədə xoş sözlər eşitmişdik. Avropada göstəridiyi nəticələrdən məlumatlıyıq. Ümumiyyətlə, “Qarabağ”dan ancaq müsbət sözlər eşitmişdim. Ona görə də qərar vermək çətin olmadı. Burda insanlar xoş münasibət göstərir. Elə komanda yoldaşlarımla da isti münasibətim var. Şadam ki, belə bir qərar vermişəm.

- “Neftçi” “Qarabağ”la çempionluq uğrunda mübarizə aparır. Çətinlik hiss etdiniz?

- Futbola baxıram, izləyirəm. “Neftçi”nin böyük ənənələrinin olduğunu bilirəm. Azərbaycan üçün vacib komandadır. Bu gün bizim hədəfimiz qələbə idi və qalib gəldik.

- “Qarabağ”da hədəfləriniz nədir?

- Yanvara qədər müqaviləm var. Hədəfim, mümkün olduğu qədər komandaya kömək etməkdir. Qarşıda bizi “Sevilya” ilə oyun gözləyir.

- Əgər “Qarabağ” qrup mərhələsini adlamasa, komandadan gedəcəksiniz?

- Nəsə demək çətindir. Oyundan-oyuna düşünürəm.

- Avropa Liqasındakı şansları necə dəyərləndirirsiniz?

- Yaxşı komandamız var. Rəqiblərimiz də gücülüdür. Ümid edirəm ki, növbəti mərhələyə çıxacağıq.

Digər Xəbərlər
Xəbər Lenti