Avroliqada 1/16 finalın səbətləri müəyyənləşdi

13 Dekabr 2019 15:15 Avropa Liqası 1 490
Avroliqada 1/16 finalın səbətləri müəyyənləşdi

Avropa Liqasında 1/16 final mərhələsinin püşkatmasının səbətləri dəqiqləşib. Sportinfo.az xəbər verir ki dekabrın 16-da baş tutacaq püşkatma mərasimində 32 iştirakçı komanda 16 cüt təşkil edəcək.

Püşkdən öncə iştirakçılar iki səbətə bölünüb. Qrup qalibləri səpələnmiş, ikinci yer sahibləri səpələnməmişlərdən olub.

Çempionlar Liqasından gələn 8 komanda reytinqinə görə bu səbətlərə bölünüb. Onlardan 4-ü səpələnmiş, 4-ü səpələnməmişlərə daxil edilib.

Püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Səpələnmişlər
“Ayaks” (Hollandiya)*
“Arsenal” (İngiltərə)
“Bazel” (İsveçrə)
“Benfika” (Portuqaliya)*
“Braqa” (Portuqaliya)
“Espanyol” (İspaniya)
“Gent” (Belçika)
“İnter” (İtaliya)*
“Başakşəhər” (Türkiyə)
LASK (Avstriya)
“Malmö” (İsveç)
“Mançester Yunayted” (İngiltərə)
“Porto” (Portuqaliya)
“Sevilya” (İspaniya)
“Zalsburq” (Avstriya)*
“Seltik” (Şotlandiya)

Səpələnməmişlər
APOEL (Kipr)
“Alkmaar” (Hollandiya)
“Bayer” (Almaniya)*
“Ayntraxt” (Almaniya)
ÇFR (Rumıniya)
“Brügge” (Belçika)*
“Kopenhagen” (Danimarka)
“Xetafe” (İspaniya)
“Lüdoqorets” (Bolqarıstan)
“Olimpiakos” (Yunanıstan)*
“Reyncers” (Şotlandiya)
“Roma” (İtaliya)
“Şaxtyor” (Ukrayna)
“Sportinq” (Portuqaliya)
“Volfsburq” (Almaniya)
“Vulverhempton” (İngiltərə)

Digər Xəbərlər
Xəbər Lenti