![Gecə klubunda təcavüz olayı - Prokuror 9 il həbs cəzası tələb etdi](https://www.sportinfo.az/media/2023/11/24/dani-alves.jpg)
Barselona prokurorluğu cinsi təcavüzdə ittiham olunan Dani Alveşə 9 il həbs cəzası istəyib.
Sportinfo.az xəbər verir ki, Barselonadakı gecə klubunda 23 yaşlı qıza təcavüz etməkdə təqsirləndirilən Braziliya millisinin sabiq futbolçusundan 150 min avro təzminat da tələb olunur.
40 yaşlı futbolçu 6 aydır ki, nəzarət altında saxlanılır.
Alveş karyerası ərzində “Yuventus”, “Barselona” və PSJ-də də çıxış edib.